Tətqiqatın məqsədi. Bu diplom işinin əsas məqsədi həm ölkəmizdə, həm də bəzi dünya ölkələrində gəlir və mənfəət vergisinin əsas xüsusiyyətlərini aydınlaşdıraraq, bu vergilərin tətbiqi zamanı ortaya çıxan fərqli təcrübələri müqayisə etməklə, iqtisadiyyatın dövlət tənzimləməsində bu vergilərdən effektiv şəkildə istifadə istiqamətlərini müəyyənləşdirməkdir.
Tədqiqat işinin məqsədinə, həmçinin, gəlir və mənfəət vergisinin iqtisadi təsir gücündən istifadə etməklə iqtisadi inkişafa və digər müəyyənləşdirilmiş hədəflərə nail olmaq üçün, bu vergilərin tətbiq üsullarının və vasitələrinin araşdılırlmasını qeyd edə bilərik. Bunun üçün, ilk növbədə, bu vergilərin tarixən necə formalaşması və onlar haqqında irəli sürülən nəzəri baxışlar araşdırmaqla, onların iqtisadiyyatdakı roluna toxunulmuşdur. Növbəti mərhələdə isə bu vergilərin Azərbaycanda və bəzi Avropa ölkələrində tətbiqi zamanı ortaya çıxan fərqli təcrübə və xüsusiyyətlərə, müxtəlif ölkələrin vergi siteminin təkmilləşdirilməsi üçün bu vergilərdə nə kimi dəyişikliklər tətbiq etdiyinə diqqət yetirilmişdir.
Dostları ilə paylaş: |