Mövzusunda təlim Gəncə, Azərbaycan



Yüklə 56,83 Kb.
tarix21.10.2017
ölçüsü56,83 Kb.
#8543






«MEDİA VƏ İCTİMAİ ƏLAQƏLƏR»

mövzusunda təlim
Gəncə, Azərbaycan

13 – 14 İyun 2007

(iştirakçıların gəlmə və getmə vaxtları daxil olmaqla)

Təlimin
Məqsəd və vəzifələri


Təşkilat və layihə haqqında məlumat:
“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi 2000-ci iln aprel ayında Gəncə şəhərində bir qrup fəal gənc tərəfindən gənclər sahəsində iş aparan ictimai birlik şəklində yaradılmışdır. Birliyin strateji missiyası humanizmin və əməkdaşlığın hökm sürdüyü bir dövrdə sözün əsl mənasında Azərbaycan gəncləri ilə ictimaiyyət arasında sağlam “KÖRPÜ” salmaqdan ibarətdir. Bu məqsədə nail olmaq üçün “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi azərbaycand afəaliyyət göstərən ictimai qruplarda xüsusilə də gənclər arasında fəal vətəndaş, könüllülük, liderlik və s. bacarıqların artırılması istiqamətində iş aparır. Birlik gənclərin maarifləndirilməsi və ictimai işlərə cəlb edilməsi sahəsində bir sıra yerli və beynəlxalq səviyyədə layıhə vəproqramlar həyata keçirmişdir.

Hazırda “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi Dəstək QHT olaraq Counterpart İnternational Təşkilatının icra etdiyi Vətəndaş Cəmiyyəti Layihəsini Azərbaycanın Qərb bölgəsində həyata keçirir. Proqramın məqsədi Azərbaycan hökuməti ilə vətəndaşlar arasında olan dialoqu inkişaf etdirmək və daha da funksional, təmsilçilik əsasında qurulmuş vətəndaş cəmiyyətinə yardım etməkdir. Layihə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilir.

Beş illik layihə çərçivəsində Gəncə və Gəncə ətrafı rayonlarda bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bu təlimlərdən biri də “MEDİA VƏ İCTİMAİ ƏLAQƏLƏR” mövzusunda 2 günlük təlımdir ki, burada Mingeçevir, Goranboy, Samux, Xanlar, Gəncə, Şəmkir, Tovuz, Gədəbəy, Daşkəsən, Aqstafa, Qazax ərazisində yerləşən yerli QHT-lərin nümayəndələri iştirak etmək üçün təlim üçün məsul olan şəxsə müraciət edə bilərlər.
Məqsəd:
İştirakçıların İctimai Əlaqələr vasitələrinin planlaşdırılması, təşkili və idarəçiliyi işindəki bacarıqlarını təkmilləşdirmək

Vəzifələr:


  • İctimai Əlaqələr/Mətbuat Müşaviri anlayış və prinsipləri mövzusunda təlim iştirakçılarının məlumatlandırılması

  • Təşkilatların Mətbuatla əməkdaşlığının qurulması metodlarının müəyyənləşdirilməsi

  • Yerli QHT-lər üçün Mətbuat Konfransının təşkili planının hazırlanması

  • Təlim iştirakçıları tərəfindən Hədəf Qruplarının müəyyənləşdirilməsi



Təlimin mündəricatı:

Qeyri-formal, interaktiv üsullardan istifadə edərək iştirakçılara Azərbaycanda QHT-rin rastlaşdığı Mətbuat ilə bağlı problemlərin aradan qaldırılması üçün problemin həlli yollarının axtarılmasına dair müzakirələr ediləcək, mümkün vasitələr barəsində danışılacaq, eyni zamanda aşağıdakı mövzuların müzakirəsi və təqdimatı aparılacaq:




  • İctimai Əlaqələr Şöbəsi anlayışı və bu şöbənin daxili tərkibi

  • Mətbuat Müşaviri anlayışı və onun vəzifələri

  • Press-Reliz yazılışının əsas qaydaları

(Press-Reliz nədir? Press-Relizdə nələr əksini tapmalıdır?)

  • Jurnalistlərlə işin təşkilinin əsasları

(Jurnalist Qruplarının yaradılması,Onlara zəng üçün münasib vaxtın təyini, Məlumat Bazasının tutulması, Məlumat yayımı, Mətbuat monitorinqi, Qeyri-rəsmi görüşlər)

  • Mətbuat Konfransının təşkili

(Mətbuat Konfransı nədir? Nə zaman keçirtmək münasibdir? Nə üçün keçirdirik? Mətbuat Konfransı üçün “Portfolio”)

  • Müsahiblərə hazırlıq

(TV, Radio və Telefon müsahibələri)

  • Mətbuat Konfransına qrup halında hazırlıq

  • Mətbuatla əlaqələrin təşkili və möhkəmləndirilməsi

  • Hədəf Qruplarının müəyyənləşdirilməsi

  • Məlumat Vərəqəsi və onun yazılış qaydaları

  • Uğur Hekayəsi və onun yazılış qaydaları


Metodologiya:
Təlim bütövlükdə iştirakçıların təcrübəsinə əsaslanaraq qarşılıqlı öyrənmə və mübadilə şəklində təşkil olunacaq. İş əsasən təcrübənin inkişafı istiqamətində aparılacaq. Fəal iştirak, təqdimatlar, mühazirə, qruplarla iş, qrup və komanda işi, iştirakçılarla və mütəxəssislərlə fikir mübadiləsi təlimin əsas metodologiyasıdır.

Qeyri-formal təhsil metodologiyasının tətbiqi zamanı qrup özü əsas rol oynayır. İştirakçılar sərbəst şəkildə qarşılıqlı öyrənmə və təlim prosesinə fəal cəlb olunmalıdırlar.


Təlim zamanı istifadə olunacaq dil.
Təlim Azərbaycan dilində keçiriləcək. Əlavə olaraq namizədlər bildikləri bütün dilləri və onları bilmə səviyyələrini qeyd etməlidirlər.
İştirakçıların seçim profili:


  • Azərbaycanın Qərb bölgəsi hesab edilən Mingeçevir, Goranboy, Samux, Xanlar, Gəncə, Şəmkir, Tovuz, Gədəbəy, Daşkəsən, Ağstafa, Qazax bölgələrində fəaliyyət göstərən QHT-lərin və ya təşəbbüs qruplarının birinin fəal üzvü olmalı;

  • Hər bir təşkilatdan bir neçə nəfər müraciət edə bilər, lakin seçim zamanı yalnız bir nəfər iştirakçı onun təcrübəsi və motivasiyasına uyğun olaraq Komitə tərəfindən seçiləcəkdir;

  • Seçim zamanı bölgələrdən olan təşkilat nümayəndələrinin coğrafi balansı gözləniləcək;

  • Hər bir müraciətçi Azərbaycan dilində sərbəst danışmalı;

  • Gender balansına riayət olunacaq;

  • Seçimin əsas meyarlarından biri hər bir ərizəçinin motivasiyası olacaqdır.


Ərizə, prosedur və iştirakçıların seçimi
Bütün namizədlər məlumata əlavə olunmuş ərizə formasından istifadə edərək müraciət edə bilərlər. Təlimçilər komandası gender balansı nəzərə almaqla iştirakçıları onların yuxarıda qeyd olunan profillərinə və ərizə formasında əks olunan ərizəçinin motivasiyasına əsaslanaraq seçəcəklər. Seçilmiş namizədlərə 10 İyun tarixinədək qəbul olmaları və ya gözləmə siyahısına düşmələri barədə məlumat veriləcəkdir. Namizədlərin nəzərinə çatdırırıq ki, adı son siyahıya salınan namizəd kursun tam müddətində iştirak etmək məqsədilə hər cür səy göstərməlidir. Hər hansı xüsusi səbəbə görə iştirak etmək mümkün deyilsə namizəd təlimin başlanmasından ən azı iki gün əvvəl təcili olaraq “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinə məlumat verməlidir.
Müraciətin son tarixi

Ərizə forması namizəd tərəfindən doldurulmalı və“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin aşağıda göstərilən poçt ünvanına göndərilməlidir.

Ərizə forması ən geci 8 İyun, 2007-ci il saat 13:00 dək göndərilməlidir.

Təlim kursunun yol və digər xərcləri

Digər bölgələrdən seçilmiş və dəvət almış iştirakçıların yemək və qalmaq xərcləri layihə çərçivəsində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi tərəfindən təmin ediləcək. Habelə ümumi yol xərcləri ödəniləcəkdir (müvafiq avtobus və ya qatar biletləri təqdim edildiyi təqdirdə). Taksidən istifadə edənlərə yol xərcləri ödənilmir.




“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi

Əttarlar 118, AZ-2000. Gəncə, Azərbacan

Tel.: (+ 99422) 56 05 08

Fax: (+99422) 56 50 97

Еlektron poçt ünvanı: emil_mediacoordinator@yahoo.com

İnternet səhfəsi: www.bf-az.org

Əlaqələndirici şəxs: Emil Hüseynov





«MEDİA VƏ İCTİMAİ ƏLAQƏLƏR»

mövzusunda təlim


Gəncə, Azərbaycan

13 – 14 İyun 2007

(iştirakçıların gəlmə və getmə vaxtları daxil olmaqla)
ƏRİZƏ FORMASI

(Xahiş edirik latın qrafikasının böyük hərflərindən istifadə edəsiniz)





Adı

[pasportda göstərildiyi kimi]






Soyadı [pasportda göstərildiyi kimi]




Milliyəti




Təvəllüd




Cinsi

qadın

kişi



Ünvan [Poçt kodu,

şəhər/rayon]




Təhsil aldığı müəssisə [ixtisas, kurs]







Telefon
[şəhər/rayon kodu daxil olmaqla]




Mobil [055 / 050]




Elektron poçt ünvanı




Bildiyiniz dillər [qeyd edin]

 İngilis  Rus  Аlmаn  Digər: ________

Təmsil etdiyiniz təşkilat:



Adı [Azərbaycan dilində]




Adı [İngilis dilində]




Ünvan[Poçt kodu,

şəhər/rayon]




Telefon

[şəhər/rayon kodu daxil olmaqla]




Faks

[şəhər/rayon kodu daxil olmaqla]




Elektron Poçt ünvanı




İnternet səhfəsi





Xahiş edirik təşkilatınızın missiyası haqqında qısa məlumat yazasınız

Təşkilatın hansı məqsəd və vəzifələri var?




Hal-hazırda təşkilatda tutduğunuz vəzifə (könüllü işçi, idarə heyətinin üzvü, təlimçi, digər):






Təşkilatın idarə heyəti tərəfindən qeyd:

Biz, təşkilatın idarə heyəti bunula təsdiq edirik ki, bu layihənin fəaliyyəti haqqında məlumatlandırılmışıq və bütün imkanlarımızdan istifadə edərək seminarın qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün gənclər sahəsində müəyyən təcrübəyə malik olan və layihəyə öz töhfəsini verə biləcək nümayəndəmizi bu təlimə cəlb edirik.


Məsul şəxsin adı: _______________________________________________________
Tarix: ____________________ İmza: ____________________

1. Nə üçün bu tədbirdə iştirak etmək istəyirsiniz?







2. Mətbuat və İctimai Əlaqələr işi sahəsində şəxsi təcrübəniz (Xahiş edirik bu sahədə olan təcrübənizi ətraflı əks etdirin)







3. Siz QHT-lərin İctimaiyyətlə Əlaqələrini nədə görürsünüz?







4. Bu təlimdən nə gözləyirsiniz?



Тariх: ____/____/_______ İmza: ____________


Хаhiş edirik bu qeydiyyat formasını doldurub

08 İyun 2007-ci il saat 13:00 dək

aşağıda göstərilən ünvana göndərəsiniz



“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi



Əttarlar 118, AZ-2000. Gəncə, Azərbacan

Tel.: (+ 99422) 56 05 08

Fax: (+99422) 56 50 97

Еlektron poçt ünvanı: emil_mediacoordinator@yahoo.com

İnternet səhfəsi: www.bf-az.org

Əlaqələndirici şəxs: Emil Hüseynov






Yüklə 56,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin