Xülasə
Azərbaycan dilinin qədim layını təşkil edən somatik sözlər, yəni bədən üzvləri adları ta qədimdən dilimizin lüğət tərkibinin zənginləşməsində böyük rol oynamışdır. Belə ki, müasir Azərbaycan dilinin leksikasında bədən üzvləri adları ilə düzələn xeyli sayda həm düzəltmə, həm də mürəkkəb sözlər vardır. Bunlarla yanaşı dilimizin özünəməxsus semantik və qrammatik quruluşa malik olan sabit leksik birləşmələrinin, yəni frazeologizmlərin, atalar sözlərinin, zərb-məsəllərin, idiomların və s. birləşmələrin yaranmasında da somatik vahidlər, bədən üzvləri adları əhəmiyyətlidir. Belə ki, somatik sözlərdən düzələn sabit birləşmələr nitqə ifadəlilik, obrazlılıq gətirən, fikri ifadəli edən dil vahidlərindəndir. Biz bu məqaləmizdə dilimizdə həmin sözlər vasitəsilə düzələn sabit leksik birləşmələri misallar ilə izah etməyə çalışdıq. Düşünürük ki, məqaləmizin mövzusu aktualdır və işlənməmiş mövzudur.