Müasir bazar iqtisadiyyatın əsas iqtisadi ünsürlərindən olan firmalar və firmalar arası bazar münasibətləri tədqiqqi xüsusi əhəmiyyətə malikdir



Yüklə 0,56 Mb.
səhifə1/38
tarix05.01.2022
ölçüsü0,56 Mb.
#111607
  1   2   3   4   5   6   7   8   9   ...   38

Giriş

Müasir bazar iqtisadiyyatın əsas iqtisadi ünsürlərindən olan firmalar və firmalar arası bazar münasibətləri tədqiqqi xüsusi əhəmiyyətə malikdir. Firmalar ölkə iqtisadiyyatının əsasını təşkil edir və iqtisadi inkişafın əsas ünsürlərindəndir. Bazar iqtisadiyyatı şəraitində qarşılıqlı fəaliyyət göstərən firmalar arsında bir çox münasibətlər meydana çıxır bu münasibətlər həm özünü qarşılıqlı ortaqlıq münasibətlərində və həmçinin qarşılıqlı rəqabət münasibətləri formasıda göstərir. Firmalar arası bazar münasibətlərinin öyrənilməsi bu sahədə yeniliklərin və köhnə təcrübənin tədqiqqi mikroiqtisadiyyatın həmçinin bütövlükdə ölkə iqtisadiyyatının öyrənilməsi ən vacib sahələrindəndir.Öz iqtisadiyyatını bazar iqtisadiyyatı əsasında quran ölkəmizdə bu sahənin tədqiqi xüsusi əhəmiyyət kəsb edir . Firmalar arası münasibətlər bir çox sferada meydana çıxır buraya həm iqtisadi həm sosial həmdə hüquqi münasibətlər aiddir və bu münasibətlər həm iqtisadiyyat həm sosiolaogiya həmdə hüquq elminin tədqiqqat sahəsinə aiddir amma bu münasibətlərin əsasını iqtisadi münasibətlər təşkil edir yəni bu firmaların fəaliyyət məqsədləri ilə bir başa bağlı olan münasibətlərdir. Firmalar arası münasibətlər maşınlı sənayeninin inkişafı nəticəsidə iri sənaye firmaları həmçinin ticarətin surətli inkişafı nəticəsidə kapitalis ölkələrində surətli inkişafın meydana çıxması nəticəsidə qarşılıqlı iqtisadi münasibətlərin inkişafının və iri firmaların kiçik firmaları öz inhisarı altına alması həmçinin firmalar arası rəqabət münasibətlərinin inkişafı nəticəsində qərb iqtisadçılarının diqqətini cəlb etmişdir.

ABŞ-da ilk dəfə 1929-cu ildə firmalar arası inhisar münasibətlərini qadağan edən antinhisar qanunvericiliyi hazırlanmış bu təcrübə sonralar digər kapitalisd ölkələrində də tətbiq edilməyə başlanmışdır. Firmalar arası bazar münasibətləri və onların təkmilləşdirilməsi bazar iqtisadiyyatı sisteminə yeni keçmiş bir ölkə üçün və onun iqtisadi inkişafı üçün yeni bir təcrübədir. Bu sahədə möhkəm qanunvericilik bazasının yaradılması həmçinin firmalar arası münasibətlərinin bazr qanunlarına uyğun formalaşdırılması prosesi gedir . Azad bazar iqtisadiyyatı şəraitində firmaların fəaliyyəti üçün geniş imkanlar açılır və onlarda öz növbəsidə ölkə ölkə iqtisadiyyatının inkişafıda mühüm rol oynayırlar . Bazar iqtisadiyyatı şəraitdə əsas məqsədi mənfəət əldə etmək olan firmalar öz bazar strategiyasını bunun əsasında qurur öz rəqib firmaları və qarşılıqlı əlaqədə fəaliyyət göstərmək isdədiyi firmaları seçir və buna uyğun fəaliyyətini təşkil edir. Firmalar arası bazar münasibətlərinin öyrənilməsi və bu münasibətlərin təkmiləşdirilməsi üsullarının araşdırılması müasir bazar iqtisadiyyatı şəraitində nəinki iqtisadiçı alimlər üçün həmçinin yeni nəsil menecerlərin formalaşdırılması həmçinin firma sahiblərinin öz işlərinin təşkilində xüsusi əhəmiyyət kəsb edir.Bu mövzuda ən çox müasir bazar iqtisadiyyatında firmalar arası bazar münasibətləri və onların mövcud vəziyyəti həmçin firmalar arası bazar münasibətlərinə dair nəzəri baxışlara yer verilmişdir. Bununla yanaşı firmalar arası ortaqlıq (birlik) və rəqabət münasibətləri təhlil olunmuşdur. Firmalar arası ortaqlıq münasibətlərinin əsas formaları öyrənilməyə çalışılmışdırş.Son fəsildə isə firmalar arası bazar münasibətlərinin təkmilləşdirilməsi mexanizmi və onun müasir dövürdə əsas formaları olan stratejik birliklər və virtual şəbəkələr öz əksini tapmışdır.


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin