Müasir bazar iqtisadiyyatın əsas iqtisadi ünsürlərindən olan firmalar və firmalar arası bazar münasibətləri tədqiqqi xüsusi əhəmiyyətə malikdir



Yüklə 0,56 Mb.
səhifə14/38
tarix05.01.2022
ölçüsü0,56 Mb.
#111607
1   ...   10   11   12   13   14   15   16   17   ...   38
Sahədaxili rəqabət- bir sahənin əmtəə istehsalçıları arasındakı rəqabəti xarakterizə edir. Əgər müəssisə yüksək əmək məhsuldarlığına nail olursa, orta səviyyəli əmək məhsuldarlığı ilə işləyən müəssisələrə nisbətən daha çox əlavə mənfəət əldə edir. Əksinə, texniki və texnoloji cəhətdən zəif inkişaf edən müəssisə istehsal etdiyi məhsulun fərdi dəyərini belə qazana bilmir. Sahədaxili rəqabət müəssisələri elmi-texniki tərəqqinin inkişafına stimullaşdırır.

Sahələrarası rəqabət- müxtəlif sahələrə daxil olan müəssisələr arasıqdakı rəqabəti xarakterizə edir. Sahələrarası rəqabət inkişaf etdiyi mühitdə kapitalın aşağı mənfəət normalarına malik olan sahələrin daha yüksək mənfəətə malik sahələrə axını yaranır. Daha gəlirli sahələrə yeni kapital axını müşahidə edilir. Bu da eyni istehsal sahələrinin inkişafına imkan verir, zəruri məhsulun təklifini artırır.

Təbiidir ki, aşağı səviyyəli gəlirə malik sahələrdən kapitalın uzaqlaşması ilə bağlı əks mənzərə də müşahidə olunur. Belə ki, istehsalın həcmi aşağı düşür, sahənin məhsullarına olan tələb onun təklifini üstələyir, nəticədə isə qiymət yüksəlir. Qiymət bu zaman istehlakçının zövqünün və alıcı qabiliyyətinin, texnologiyanın və digər faktorların dəyişməsinə uyğun olaraq resursların yenidən bölüşdürülməsi üçün siqnal funksiyasını yerinə yetirir. Sahələrarası rəqabətin inkişafı zamanı dinamik tarazlıq obyektiv olaraq təmin edilir, kapital qoyuluşundan, haraya qoyulmasından asılı olmayaraq bərabər mənfəət əldə edilməsi mümkün olur. Sahələrarası rəqabət həm də elmi-texniki tərəqqi stimulladırır.

Rəqabət növlərinin təkmilləşdirilməsi əmtəə istehsalının sayından və onların bazarda tutduğu xüsusi çəkisindən də asılı olur. Məhz bu baxımdan təkmil (azad) və qeyri-təkmil rəqabət növləri fərqləndirilir.


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin