Oliqopoliya. Oliqopoliyanı xarakterizə edən ən başlıca xüsusiyyət azsaylı rəqabət iştirakçılarının olmasıdır. Nisbətən azsaylı (10-a qədər) firmaların müəyən əmtəə və xidmətlər bazarında mütləq hegemonluğu ilə xarakterizə olunan rəqabət olqopoliya adların. Tətbiqi iqtisadiyyatın tədqiqatçıları göstərir ki, müxtəlif bazarlar arasında dəqiq müəyyənləşdirilmiş sərhədlər yoxdur. Ona görə də oliqopoliya modeli xalis rəqabətdən tutulmuş inhisarçı rəqabətə qədər böyük bir sahəni əhatə edir. Bazar təsərrüfatındakı klassik oliqopoliya beşə qədər istehsalçı əsasında təşkil edir. Məsələn,ABŞ-ın avtomobil sənayesində «Böyük üçlük» - «General Motors», «Ford», «Kraysle» hegemonluq edir.
Oliqopoliyada məhsul istehsalı həm eyni tipli və həm də differensiallaşmış məhsullar üzrə də həyata keçirilə bilir. Eyni tipli məhsullar əsas etibari ilə xammal və yarımfabrikatlar bazarını (neft, daş kömür, sement, texniki spirt və s.), differensiallaşdırılmış məhsullar isə xüsusi ilə istehlak məhsulları bazarını əhatə edir.
Bazarda firmaların azsaylı olması inhisarçılar arasında gizli razılaşmaların fəaliyyət göstərməsi ilə əlaqədardır. Belə ki, qiymətlərin səviyyəsinin müəyyənləşdirilməsi bazarın firmaların arasında bölüşdürülməsi və ya firmalar arasında rəqabətin bu və ya digər yolla məhdudlaşdırılması və sair buna əyani misal ola bilər. Məhz bütün bunlarla əlaqədar oliqopoliya bazarı nəticə etibarı ilə inhisarçı bazara yaxınlaşır. Oliqopoliya bazarında rəqabətin intensivliyi nə qədər çox olarsa, istehsalın təmərküzləşmə və mərkəzləşmə səviyyəsi də bir o qədər aşağı olar və ya əksinə.
Oliqopoliya bazarının təkmil rəqabət bazarından ən mühüm fərqli cəhəti qiymətlərin səviyyəsi və dinamikası ilə bilavasitə əlaqədar olmasıdır. Əgər təkmil rəqabət bazarında qiymətlər fasiləsiz ıə mütəmadi olaraq dəyişirsə və bütün bunlar məhsullar üzrətələb və təklifin tərəddülərindən bilavasitə asılı olursa, oliqopoliya bazarında isə bu sahədə mütləq sabitlik, tendensiyası hökm sürür və ya səviyyələrin dəyişməsi tez-tez hiss edilmir. Oliqopoliya bazarında firma tərəfindən diktə olunan qiymətlər fəaliyyət göstərir. Qiymətlərin bu səviyyəsi isə yalnız aparıcı firma tərəfindən diktə edilir və digər oliqopolistlər də qiymətlərin müəyyənləşdirilməsinin bu metoduna riayət edirlər. Bu da iqtisadi ədəbiyyatda «qiymətdə və ya qiymətə liderlik» mövqeyi adlandırılır.
Əsas bazar modellərinin xarakteristikası aşağıdakı cədvəldə göstərilmişdir (cədvəl №4).
Yuxarıda adları çəkilən metodlara uyğun olaraq iqtisadi nəzəriyyədə və praktikada qiymət və qeyri-qiymət rəqabəti fərqləndirilir. Qiymət rəqabətinin xarakteri cəhətləri aşağıdakılardan ibarətdir.
Qiymət rəqabəti məhsul satışı və xidmətlər göstərilməsində digər rəqabət aparan firmalarla müqayisədə qiymətlərin daha aşağı olmasını nəzərdə tutur. Sivilizasiyalı bazar münasibətləri şəraitində qiymətlərin aşağı düşməsi istehsal xərclərinin azalması hesabına həyata keçirilir. Əks halda bu proses mənfəətin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarır. Kiçik və orta firmalar bazarda öz mövqelərini qorumaq və möhkəmləndirmək məqsədi ilə daha çox mənfəət əldə etmək uğrunda mübarizə aparırlar.
İri inhisarçılar bir neçə müddət ərzində mənfəət əldə etməkdən imtina etməklə ən aşağı qiymətlərin köməyi ilə müvafiq məhsulu bazarda onlarla rəqabət aparan istehsalçının əlindən çıxarırlar. Sonradan qiyməti yüksəltməklə qiymətin aşağı salınması hesabına yaranmış zərəri kompensasiya edirlər. Rəqabət mübarizəsində bu cür metod vaxtı ilə amerikan firması olan «Koka-kola» tərəfindən Latın Amerikası ölkələri bazarına daxil olmaq üçün istifadə edilmişdir. Bu metoddan öz məhsullarını Amerika və Qərbi Avropa ölkələrinə yerləşdirmək üçün Yaponiya firmaları tərəfindən istifadə edirdilər.
Son zamanlar inkişaf etmiş ölkələrdə qiymət rəqabətinə yenidən maraq yaranır. Bu isə ilk növbədə resurslara qənaət edən texnikanın tətbiqi və istehsal xərclərinə qənaət edilməsi ilə bağlıdır.
Cədvəl 4
Dostları ilə paylaş: |