Haqsız və ya qeyri-xoş məramlı rəqabət. Əmtəə istehsalçıları arasında kəskin mübarizə şəraitində rəqabət qaydaları və normalarının pozulması kimi nisbətən geniş yayılmış üsul və metodlardan istifadə olunur. Bu da iqtisadi ədəbiyyatda və praktikada haqsız və ya qeyri-xoş məramlı rəqabət fəaliyyəti adlandırılır. Praktikada haqsız rəqabəti xarakterizə edən ən başlıca cəhətlər aşağıdakılardan ibarətdir:
-dempinq qaydalarının tətbiqi, yəni məhsulun satışı zamanı qiymətlərin bilərəkdən maya dəyərindən aşağı müəyyənləşdirilməsi.
-rəqabət aparan digər firmaların fəaliyyəti üzərində aparıcı firmanın nəzarət imkanları.
-bazarda tutduğu hakim mövqedən sui-istifadə;
-diskriminasiyalı (qeyri-bərabər) qiymətlərin və ya kommersiya şərtlərinin müəyyənləşdirilməsi;
-rəqabət səviyyəli məhsul istehsal edən müəssisələrin fəaliyyətinin məhdudlaşdırılması;
-məhdudlaşdırıcı şərtlərin və məhsul satışı üzərində agent rrazılaşdırılmalarının tətbiq edilməsi (kimə qarşı və nə vaxt);
-ticarətin həyata keçirilməsi zamanı aparıcı firmalar tərəfindən gizli danışıqların həyata keçirilməsi;
-yalan informasiya və ya reklam;
- məhsulların göndərilməsi və daşınması ilə bağlı standartların pozulması. 3