Daxili bazarın şəbəkə firmaları. Bu, müstəqil mənfəət mərkəzləri kimi yaranan müəssisələrin daxili təşkili vasitəsilə çoxfiliallı strukturdan və ənənəvi iyerarxiya çərçivəsindən azad olmağa cəhd göstərən iri kompaniyanın kökündən dəyişilməsidir. Məsələn, General Motors kompaniyası, komplektləşdirmə istehsalı üzrə özünün qeyri-səmərəli bölmələrini daxili bazarın səkkiz vahidinə bölərək yenidən təşkil edib. Bu vahidlərdən hər biri avtomobil sistemlərinin istehsalının bir sahəsində ixtisaslaşıb və öz məhsullarını təkcə GM kompaniyasına deyil, həm də azad bazarda GM-in avtomobil sənayesindəki rəqiblərinə də sata bilər.