Tamamlanmamış şəbəkə: sövdələşmələrə və ətraf mühitin ancaq qeyri-stabil şəraiti ilə bağlı firmalar forması. “Tamamlanmamış” termini müştərinin tələbatını ödəmək üçün əsas təşkilatın digərlərinin köməyindən çox istifadə etdiyini ön plana çəkir. Məsələn, belə qaydada rəqabət aparan firmalar çox vaxt təchizatçıdan və alıcıdan ibarət olan böyük şəbəkələrin koordinasiyası üzrə ixtisaslaşırlar. ABŞ-da The Registry, İnc., buna çox yaxşı misaldır. Onun əsas səriştəlilik növü korporativ müştərilərin kompüter layihələrinə xidmət etmək üçün texniki mütəxəssisləri və mühəndis-proqramçıları muzdla tutmaqdan ibarətdir. Müştəri hesablarını idarə edən Registry korporasiyası müştərilərin tələbatlarını aşkara çıxarır və daha sonra müştəri layihələrinə xidmət göstərmək üçün ixtisaslaşdırılmış texniki qrup formalaşdırır. Registry korporasiyasında 50 000 texniki mütəxəssisin məlumatlar bazası var, korporasiyada daimi işçilərin sayı isə 100-dən çox deyil. Kompaniyanın 1987-ci ildə əsası qoyulub, 1995-ci ildə isə satış həcmi 100 mln. dollara çatıb. Exrolun (Achrol, 1991) təsvir etdiyi “Marketinq birjası” tamamlanmamış şəbəkə firmalarının mümkün variantıdır O, broker kontorlarının və ya marketinq informasiya mübadiləsi mərkəzinin xarakteristikasına malikdir və əsas təşkilat ümumdünya marketinq firmaları və informasiya sistemləri şəbəkəsinin qovşağı kimi fəaliyyət göstərir. Tamamlanmamış təşkilat daima dəyişən ətraf mühit şəraitində riskin qarşısını alan bufer kimidir (Achrol, 1991).
Çevik şəbəkə: ətraf mühitin yüksək qeyri-sabitliyi şəraitində mövcud olsa da firmalar arasında uzunmüddətli əməkdaşlığa əsaslanmış əlaqələrlə xarakterizə olunur. Bu zaman şəbəkədəki koordinasiya edici təşkilat müştərilərin tələbatını aşkarlayan və müştərilərin tələbatını ödəmək üçün təchizat mənbələrini müəyyənləşdirən daxili qrupu idarə edir. Məsələn, çoxsaylı çoxmillətli əczaçılıq firmalarının əsas səriştəlilik növləri orqanik və qeyri-orqanik kimya sahəsi ilə bağlıdırlar və biotexnologiya sahəsində fəaliyyət göstərən sahibkarlıq firmaları ilə əlaqələr qurmağa can atırlar. Daha iri firmalar özlərinin mövcud texnologiyalarına həddən çox vəsait yatırmışlar və buna görə də bütünlüklə biotexnologiyaya keçə bilmirlər, ancaq, özlərinə biotexnologiya əsasında məhsul daxil olma mənbəyini təmin etmək məqsədilə əməkdaşlığın üstünlüklərindən istifadə etmək istəyirlər. Yuxarıda tanış olduğumuz Calyx & Corolla kompaniyasının şəbəkə təşkilatı da çevik şəbəkədir. Bu şəbəkə çərçivəsində C & C məhsulun dizaynının hazırlanması və qablaşdırılması, məhsulların bazara irəlilədilməsi və qiymətəmələgəlmə üzrə fəaliyyətlərin aparılmasında baza firması kimi çıxış edir, xarici əməkdaşlar şəbəkəsi isə rənglərin becərilməsi və müştərilərə çatdırılması üçün mövcuddurlar. Maraqlıdır ki, məsələn, bir zamanlar Britaniya kompüter kompaniyası olan İCL artıq kompüter istehsalı üzrə zavodlara malik deyil; o, xidmət və dizayna keçib, aparat təminatını isə partnyor firmalardan alır.