Müasir bazar iqtisadiyyatın əsas iqtisadi ünsürlərindən olan firmalar və firmalar arası bazar münasibətləri tədqiqqi xüsusi əhəmiyyətə malikdir


Əlavə dəyərliliyi təmin edən şəbəkə



Yüklə 0,56 Mb.
səhifə38/38
tarix05.01.2022
ölçüsü0,56 Mb.
#111607
1   ...   30   31   32   33   34   35   36   37   38
Əlavə dəyərliliyi təmin edən şəbəkə: onun mövcudluğu daha stabil ətraf mühit şəraiti ilə bağlıdır. Əsas etibarilə şəbəkə firmalarının üzvləri arasındakı sövdələşmələrə əsaslansa da, daxili əməliyyatları əhəmiyyətli həcmdə saxlanır – mərkəzi təşkilat istehsal kimi əlavə dəyərliliyi təqdim etməyə imkan verən funksiyaların həyata keçirilməsi müqavilələrini bağlaya bilər, lakin, innovasiya və məhsulun dizaynına görə məsuliyyəti özü daşıyır. Şəbəkə firmalarının belə formasına ABŞ-da mebel pərakəndə ticarəti sahəsində ixtisaslaşmış qabaqcıl The Bombay Company-ni misal kimi göstərmək olar. Kompaniya bütün dünya üzrə xüsusi assortimentli mebel istehsal edən 150-dən çox isteh­salçı ilə sövdələşməyə (satıcı-alıcı) əsaslanan əlaqələr saxlayır. Məsələn, təchizatçılardan biri ancaq müqavilədə nəzərdə tutul­muş sayda stolun üst taxtasını hazırlaya bilər, stolun yığılmasını isə qalan detalları digər təchizatçılardan almış başqa kompaniya həyata keçirir. Bu halda sövdələşməyə əsaslanan əlaqə əsaslandırılmış olur, çünki təchizatçı öz məhsulunun bir standart növü üzrə müqaviləni yerinə yetirir. Şəbəkə firmalarının üzv­ləri, aşağı xərclərdə əlavə dəyərliliyi təqdim etməyə imkan verən müəyyən funksiyaların yerinə yetirilməsi üzrə ixtisas­la­şırlar.The Bombay Company firmasının unikal assorti­mentli məhsulu yaratmaq və irəlilətmək qabiliyyəti, ona, ABŞ bazarında əhə­miyyətli uğur gətirdi. Belə tipli şəbəkə firmalarının mövcud olduğu sahələrə paltar, mebel, eynək istehsalı və bəzi xidmət növləri daxildir – bu ona görə belədir ki, əlavə dəyərliliyi təqdim etməyi təmin edən şəbəkə mürəkkəb texnologiyalara ehtiyac duyulan və sifarişlə hazırlanan məhsul təklifi olmadığı yerlərə uyğundur.


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin