Müasir bazar iqtisadiyyatın əsas iqtisadi ünsürlərindən olan firmalar və firmalar arası bazar münasibətləri tədqiqqi xüsusi əhəmiyyətə malikdir


Firmalar arası maliyyə və ticarət münasibətləri



Yüklə 0,56 Mb.
səhifə4/38
tarix05.01.2022
ölçüsü0,56 Mb.
#111607
1   2   3   4   5   6   7   8   9   ...   38
1.3. Firmalar arası maliyyə və ticarət münasibətləri
Artan rəqabət şəraitində firmaların ömrlərinin qısaqldığı günümüzdə daralan və ya çeşidlənən bazar payı ,firmaların fəaliyyətini çətinləşdirməkdədir: bununla bağlı olaraq firmalar şərtlərin imkan verdiyi ölçüdə ya başqa fəaliyyət sahələrinə bazar paylarını çeşidləndirərək özlərini qorumaqda ya da eyni üsuldan istifadə edərək bazardakı yerlərini daha da gücləndirməkdədirlər.

Heç şüphəsiz ki, firmalar fəaliyyətlərini davamlılıq və böyümə məqsədi ilə başlarlar. Firmaların son məqsədlərinə çatmaq üçün artan rəqabət şəraitində ya rəqiblərini oyundan kənarlaşdırmağa çalışır ya da ki, mövcud və ya potensial rəqib firmalarına kapital qoyaraq ,onları nəzarət altına almaqa ,onların idari və finansal qərarlarında söz sahibi omağa ya da onların fəaliyyətlərindən uzun və ya qısa vədəli mənfəət əldə etmək məqsədi güdürlər.

Firmaların gələcəyə isdiqmətlənmiş bu maliyyə məqsədləri ,maliyyə nəticələrində də özünü gösdərərək mövcud muhasibatlıq yazılımlarına beynəlxalq səviyyədə təhsir etmişdir.

Firmaların böyümə məqsədləri özlərini müxtəlif şəkildə gösdərməkdədir.Böyümə məqsədlərinin bir qismi ,firmanın öz fəaliyyət sahəsi ilə əlaqədardır, bir digər qismi isə öz fəaliyyət sahəsinin xaricində gercəkləşməkdədir.

Firmaların öz fəaliyyət sahələrinin işindəki iş həcmini və bazar payını ,öz maliyyə və idari imkanlarından istifadə edərək artıra biləcəyi kimi, eyni fəaliyyət sahəsində olan digər firmaların imkanlarını istifadə edərək də bu son məqsədlərinə çata bilməkdədirlər. Ayrıca eyni fəaliyyət sahəsi içində olmaqla bərabər , bir firma digər firmanın təmin etdiyi qazacdan pay almaq məqsədi ilə də digər firmaya kapital qoya bilər. Sözü gedən vəziyyət firmaların fərqli fəaliyyət sahələrində olmaları şəraitində də ortaya çıxa bilər. Bu şəraitdə firmalar, fərqli fəaliyyət sahəsi olan bir digər firmanın imkanlarından istifadə edərək öz bazrını çeşitləndirmək və bu yolla böyüməyi təmin etmək ya da fərqli fəaliyyət sahəsində olan firmaların mənfəətindən pay əldə etmək məqsədi ilə ona uzun ya da qısa kapital qoyuluşu etməkdədirlər. Bu proses aşağıdaki formalarda həyata keçirlə bilər.


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin