Müasir bazar iqtisadiyyatın əsas iqtisadi ünsürlərindən olan firmalar və firmalar arası bazar münasibətləri tədqiqqi xüsusi əhəmiyyətə malikdir


Firmalar arası rəqabət münasbətləri və onun növləri



Yüklə 0,56 Mb.
səhifə13/38
tarix05.01.2022
ölçüsü0,56 Mb.
#111607
1   ...   9   10   11   12   13   14   15   16   ...   38
Firmalar arası rəqabət münasbətləri və onun növləri

Bazar iqtisadiyyatının ən mühüm prinsiplərindən biri əmtəə istehsalçıaları arasındakı azad rəqabətin mövcud olmasıdır. Rəqabət –öz sahibkarlıq fəaliyyətinin nəticələrini daha da yaxşılaşdırmaq məqsədi ilə ən əlverişli istehsal və satış şərtləri əldə etmək uğrunda istehsalçılar, malgöndərənlər, bir sözlə, firma və müəssisələr arasındakı mübarizədir.

Bazar münasibətləri sistemində rəqabətin əsas məzmunu alıcı uğrunda mübarizə və onların ehtiyatlarının tam təmin edilməsidir. Bazarda daha çox pay və mövqe uğrunda mübarizə və bu sazədə əldə edilən müvəffəqiyyət ilk növbədə əmtəə istehsalçılarının istehsal etdikləri məhsulun keyfiyyəti və onun qiymətinin aşağı romasından asılıdır. Əslində bazar münasibətləri şəraitində rəqabət sahibkarlıq fəaliyyətinin ən mühüm ölçü vahidi hesab edilir.

Bazar münasibətlərinin və iqtisadiyyatın inkişaf tarixi göstərir ki, rəqabət əslində əmtəə istehsalı ilə eyni vaxtda yaradılmışdır. Lakin kapitalizmin inkişaf etdiyi şəraitdə o həm bazar münasibətlərinin ən mühüm amilinə və həm də ictimai istehsalın çevik tənzimlənməsinə çevrilmişdir. XIX əsrin ortasından etibarən dövlət tərəfindən tənzimlənməyən və azad rəqabətin geniş inkişaf etdiyi bazar iqtisadiyyatı formalaşmağa başlamışdır. Bu cür bazar əmtəə istehsalına müstəsna hallarda yalnız tələb və təklif mexanizmi və ona uyğun olaraq qiymətin dəyişməsi yolu ilə təsir edirdi. Təbiidir ki, bazar münasibətlərinin bu cür formalaşması və inkişafı əmtəə istehsalını istehlakçıların tələblərini öyrənməyə, istehsal etdikləri məhsulun keyfiyyətini yaxşılaşdırmağa, əmək məhsuldarlığını yüksəltməyə, istehsalı genişləndirməyə və istehsal xərclərini aşağı salmağa məcbur edirdi. Bu dövrdə rəqabətin iki əsas forması – sahədaxili və sahələrarası rəqabət yapranıb inkişaf etməyə başladı.




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin