Müasir bazar iqtisadiyyatın əsas iqtisadi ünsürlərindən olan firmalar və firmalar arası bazar münasibətləri tədqiqqi xüsusi əhəmiyyətə malikdir



Yüklə 0,56 Mb.
səhifə17/38
tarix05.01.2022
ölçüsü0,56 Mb.
#111607
1   ...   13   14   15   16   17   18   19   20   ...   38
İnhisarçı rəqabət- sırf bazar şəraitində çoxsaylı məhsul istehsalçılarının oxşar, lakin idietik (eyni) olmayan məhsulların təklifini nəzərdə tutur. İnhisarçı rəqabət şəraitində bazarda yüzlərlə və minlərlə firmanın olması tələb olunmur. Bu hal üçün onlarla firmanın mövcudluğu kifayət edir.

Xalis rəqabət şəraitində firma standart və ya eyni tipli məhsullar, inhisarçı rəqabət şəraitində isə fərqli məhsulları istehsal edir. Burada differensiallaşma hər şeydən əvvəl məhsul və xidmətlərin keyfiyyətini əhatə edir. Bununla belə, məhsullar həm də satışdan sonrakı xidmət (uzunmüddətli istifadə olunan məhsullar üçün) şərtlərinə, alıcılara yaxınlaşmasına, reklamın intensivləşməsinə görə də differensiallaşdırılır. İnhisarçı rəqabət bazarında firma təkcə qiymət vasitəsi ilə deyil, həm də bütün mümkün yollarla rəqabət aparmaq qabiliyyətinə malikdir. Bu cəhət inhisarçı rəqabət bazarının Ən başlıca xüsusiyyətidir.

İnhisarçı rəqabət bazarının daha bir mühüm xarakteristikası nisbətən asan yollarla bazara daxil olmağın mümkünlüyüdür. İnhisarçı rəqabət bazarında fəaliyyət göstərən istehsalçı adətən çox nəhəng firma olmur. Ona görə də təsərrüfat fəaliyyəti üçün istehsalçıda zəruri olan ilkin kapitalın həcmi çox da böyük deyil.

Bu bazarı xarakterizə edərkən belə bir sualla qarşılaşmaq mümkündür. Bu bazar modelində inhisarçı rəqabət nədən ibarətdir? Məhsulların differensiallaşdığı şəraitdə hər bir firma öz məhsulları üzərində inhisarçı hakimiyyətə malik olur. Belə ki, onlar rəqabət aparan digər firmaların fəaliyyətindən asılı olmayaraq qiyməti yüksəltmək və aşağı salmaq imkanına malikdirlər. Mövcud olan bu imkanlar yalnız anoloji məhsullar istehsal edən firmaların sayı ilə məhdudlaşdırıla bilər. Bundan əlavə inhisarçı rəqabət bazarında orta və xırda firmalarla yanaşı həddən artıq iri istehsalçılar da fəaliyyət göstərir. Hazırda Qərb ölkələrinin müasir bazar strukturları inhisarçı rəqabət əsasında fəaliyyət göstərir.




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin