Müasir bazar iqtisadiyyatın əsas iqtisadi ünsürlərindən olan firmalar və firmalar arası bazar münasibətləri tədqiqqi xüsusi əhəmiyyətə malikdir


Şaquli bazarın şəbəkə firmaları və ya marketinq kanalının şəbəkə firmaları



Yüklə 0,56 Mb.
səhifə33/38
tarix05.01.2022
ölçüsü0,56 Mb.
#111607
1   ...   30   31   32   33   34   35   36   37   38
Şaquli bazarın şəbəkə firmaları və ya marketinq kanalının şəbəkə firmaları şaquli kanala münasibətdə ənənəvi baxışların əksidir. Ancaq, onlar “yuxarıda” yerləşən təchizatçı-firmaların və “aşağıda” yerləşən distribyutor firmaların fəaliyyətlərini koordi­na­siya edən mərkəzi firmanın mövcudluğunu etiraf edərək bu ideyanı inkişaf etdirirlər. Çox vaxt birləşən firma marketinq funksiyaları üzrə ixtisaslaşır və istehsal, bölgü sferasından mütə­xəssislər cəlb edir. Belə firmaların ilkin formalarına “komp­lektləşdirilməmiş korporasiyalar”, məsələn, Casio, Nike, Liz Claiborne aid edilirdi. Belə şəbəkə firmalarına, brendin sahibi olan və marketinq funksiyaları üzrə ixtisaslaşan inteqrator kimi çıxış edən firma və məhsulun müəyyən tərkib hissəsi və ya istehsal texnologiyası ilə təchiz edən əməkdaş-kompaniyalardan ibarət model xarakterikdir. Mebellərin pərakəndə ticarəti ilə məşğul olan  İsveçin İKEA kompaniyası buna başqa bir misaldır. O, 67 ölkədən 2300 təchizatçının daxil olduğu qlobal şəbəkəni çox uğurla idarə edir və nəticədə ənənəvi sxem üzrə fəaliyyət göstərən rəqiblərlə müqayisədə qiyməti orta hesabla 30 faiz aşağı olan 10 000 məhsul vahidi assortimentinə malikdir (Economist, 1994b). Digər tərəfdən, texnologiyaya əsaslanan bazarlarda firma-inteqrator texnologiyada da ixtisaslaşa bilər. Belə ki, Sun Microsystems kompaniyası təkmilləşdirilmiş müasir kom­pü­ter­lərin dizaynı üzrə ixtisaslaşa bilmək üçün çiplər isteh­salını, distribyutor və servis funksiyalarını subpodratçılara tapşırdı. Exrol güman edir ki, belə birlik funksional olduğu qədər strateji deyil.


  • Yüklə 0,56 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   30   31   32   33   34   35   36   37   38




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin