Əlavə dəyərliliyi təmin edən şəbəkə: onun mövcudluğu daha stabil ətraf mühit şəraiti ilə bağlıdır. Əsas etibarilə şəbəkə firmalarının üzvləri arasındakı sövdələşmələrə əsaslansa da, daxili əməliyyatları əhəmiyyətli həcmdə saxlanır – mərkəzi təşkilat istehsal kimi əlavə dəyərliliyi təqdim etməyə imkan verən funksiyaların həyata keçirilməsi müqavilələrini bağlaya bilər, lakin, innovasiya və məhsulun dizaynına görə məsuliyyəti özü daşıyır. Şəbəkə firmalarının belə formasına ABŞ-da mebel pərakəndə ticarəti sahəsində ixtisaslaşmış qabaqcıl The Bombay Company-ni misal kimi göstərmək olar. Kompaniya bütün dünya üzrə xüsusi assortimentli mebel istehsal edən 150-dən çox istehsalçı ilə sövdələşməyə (satıcı-alıcı) əsaslanan əlaqələr saxlayır. Məsələn, təchizatçılardan biri ancaq müqavilədə nəzərdə tutulmuş sayda stolun üst taxtasını hazırlaya bilər, stolun yığılmasını isə qalan detalları digər təchizatçılardan almış başqa kompaniya həyata keçirir. Bu halda sövdələşməyə əsaslanan əlaqə əsaslandırılmış olur, çünki təchizatçı öz məhsulunun bir standart növü üzrə müqaviləni yerinə yetirir. Şəbəkə firmalarının üzvləri, aşağı xərclərdə əlavə dəyərliliyi təqdim etməyə imkan verən müəyyən funksiyaların yerinə yetirilməsi üzrə ixtisaslaşırlar.The Bombay Company firmasının unikal assortimentli məhsulu yaratmaq və irəlilətmək qabiliyyəti, ona, ABŞ bazarında əhəmiyyətli uğur gətirdi. Belə tipli şəbəkə firmalarının mövcud olduğu sahələrə paltar, mebel, eynək istehsalı və bəzi xidmət növləri daxildir – bu ona görə belədir ki, əlavə dəyərliliyi təqdim etməyi təmin edən şəbəkə mürəkkəb texnologiyalara ehtiyac duyulan və sifarişlə hazırlanan məhsul təklifi olmadığı yerlərə uyğundur.