Müasir bazar iqtisadiyyatın əsas iqtisadi ünsürlərindən olan firmalar və firmalar arası bazar münasibətləri tədqiqqi xüsusi əhəmiyyətə malikdir


Firmalar arası konsiqnasiya əlaqələri



Yüklə 0,56 Mb.
səhifə6/38
tarix05.01.2022
ölçüsü0,56 Mb.
#111607
1   2   3   4   5   6   7   8   9   ...   38
Firmalar arası konsiqnasiya əlaqələri. Konsiqnasiya firmalar arası komission ticarət əlaqəsidir. Bu müqavilənin tərəflərindən biri konsiqnat (tapşırıq verən firma), digəri isə konsiqnator (mal satışı üzrə saziş tapşırığını yerinə yetirən vasitəçi) firma adlanır. Konsiqnasiya əalqələri özündə aşağıdakıları əks etdirir:

  • malın müəyyənləşdirilməsi (miqdarı və nomeklaturu). Konsiqnasiyaya göndərilən malların nomenklatura və miqdarı ya müqavilənin ayrılmaz xüsusi bir hissəsində, ya da müqavilənin özündə müəyyənləşdirilir. Konsiqnasiyaya göndərilən mallar ciddi konkretləşdirilir, məsələn, məhsulun marka və tipi göstərilir. Bu punktda konsiqnasiyada ola biləcək əmtəənin maksimal miqdarı da müəyyənləşdirilir.

  • ərazilərin müəyyənləşdirilməsi. Müqavilədə konsiqnatorun konsiqnasiya əmtəələrini hansı ərazidə satmaq hüququnun olması qeyd edilir. Bununla yanaşı tez-tez bu şərtlər də göstərilir: konsiqnator konsiqnantın yazılı razılığı olmadan əmtəələri müqavilə ərazisindən kənarda satmaq hüququ yoxdur, həm də alıcılarla alqı-satqı müqaviləsinə şərt daxil edilir ki, onlar əmtəələri konsiqnatorun razılığı olmadan müqavilə ərazisindən kənarda sata bilməzlər.

  • müqavilənin müddəti. Müqavilədə konsiqnasiya müddəti, yəni konsiqnasiyaya göndərilmiş əmtəələrin hansı müddətdə satılmalı olduğu vaxt göstərilir. Praktikada müxtəlif konsiqnasiya müddətlərinə rast gəlinir, amma bir qayda olaraq onlar 6-24 ay arasında dəyişir. Maşın və avadanlıqlar üçün konsiqnasiya müddəti daha çox 12 ay təşkil edir. Konsiqnasiya müqaviləsinin fəaliyyət müddəti adətən konsiqnasiya müddətindən çox olur. Bu müddət 1-5 il təşkil edir.

  • konsiqnasiyaya qoyulan mal üzrə mülkiyyət hüquqları. Mal konsiqnator tərəfindən satılan vaxtadək konsiqnat mal üzərində öz mülkiyyət hüququnu saxlayır. Çox hallarda bu mülkiyyət hüququ malın satılması prosesi bitdiyi andan pulu konsiqnata ödənilənədək saxlanılır.

  • qiymət şərtləri. Əmtəələrin satışı üzrə tapşırığı yerinə yetirərkən konsiqnator üçüncü şəxsə satdığı əmtəənin qiymətinə münasibətdə adətən konsiqnantdan asılıdır. Bu qiymətlər, yəni konsiqnatorun əmtəələri sata biləcəyi minimum qiymətlər müqavilədə göstərilir və konsiqnator konsiqnantın yazılı razılığı olmadan əmtəələri minimum qiymətdən aşağı sata bilməz. Bununla yanaşı əmtəələrin konsiqnasiyaya göndərilməsinin bazis şərtləri də göstərilir.

  • konsiqnatora veriləcək muzdun şərtləri. Müqavilədə konsiqnatora mükafatın ödənilməsi qaydası, növü və miqdarı dəqiq müəyyənləşdirilir. O, satılmış əmtəələrin dəyərinin müəyyən faizi və ya konsiqnantın müəyyənləşdirdiyi qiymətlə konsiqnatorun sazişi həyata keçirdiyi daha əlverişli qiymət arasındakı fərq ( və ya fərqin bir hissəsi) kimi müəyəənləşdirilə bilər. Mükafatın miqdarı tərəflərin razılığı ilə müəyyənləşdirilir. Mükafat daha çox konsiqnasiya anbarından satılmış əmtəələrin dəyərinin müəyyən faizi növündə ödənilir. Müqavilədə müəyyənləşdirilir ki, hansı vaxtdan etibarən konsiqnator mükafat almaq hüququ qazanır. Adətən bütün satılmış əmtəələrin dəyəri konsiqnantın ixtiyarına keçdikdən sonra konsiqnator mükafat almaq hüququ əldə edir.

  • hesablaşma şərti. Konsiqnasiya müqaviləsində hesablaşma qaydası dəqiq müəyyənləşdirilir: hesablaşma hansı valyutada aparılacaq; əmtəələr satıldıqdan sonra konsiqnator hansı müddətdə konsiqnantla hesablaşma aparacaq.Hesablaşma konsiqnantın pul məbləğinin alınmasını və düzgünlüyünü təsdiq etdikdən sonra bitmiş hesab olunur.

Konsiqnator firmanın vəzifələri:

  • konsiqnasyon anbar üçün bina (otaqlar) hazırlamaq;

  • malın tam keyfiyyətinin mühavizəsini təmin etmək;

  • həmin anbarın saxlanılması xərclərini ödəmək;

  • anbardakı malları sığorta etmək;

  • reklam tədbirlərini həyata keçirmək;

  • konsiqnata vaxtlı-vaxtında hesabat vermək.

Konsiqnatın vəzifələri:

  • konsiqnasyon anbara vaxtında mal göndərmək (razılaşdırılmış müqaviləyə əsasən)

  • konsiqnasyon anbarın bütün xərclərini ödəmək ( malların saxlanılması və satışı ilə bağlı bütün xərclər).

  1. Malların geri qaytarılması qaydası. Mallar satılmadıqda onların geri qaytarılması və bununla bağı xərclərin hansı tərəfin hesabına ödənilməsi də müqavilədə qeyd olunur.


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin