Tədqiqatın məhdudiyyətləri: Bu sahədəki tədqiqat daha geniş və dəqiq məlumatlar tələb edir. Lakin vergidən yayınma halları kimi problemlər statistik göstəricilərin reallığına mənfi təsir göstərir.
Nəticələrin elmi-praktiki əhəmiyyəti: Tədqiqatda maliyyə siyasətinin formalaşması və inkişafı üçün qeyd olunmuş təkliflərdən və tövsiyələrdən bu sahə üzrə formalaşdırılacaq dövlət proqram və ya layihələrində istifadə oluna bilər.
Dissertasiya işinin strukturu və həcmi:Dissertasiya işi girişdən, üç fəsildən, nəticə və təkliflərdən, ədəbiyyat siyahısından ibarətdir.