Müasir dövrdə maliyyə siyasəti və onun təkmilləşdirilməsi” mövzusunda magistr dissertasiyasi abbaszadə Orxan Mehman oğlu baki – 2019


Qrafik 5. Büdcə xərcləri və neft qiymətlərinin dinamikası



Yüklə 1,38 Mb.
səhifə30/42
tarix01.01.2022
ölçüsü1,38 Mb.
#102958
1   ...   26   27   28   29   30   31   32   33   ...   42
Qrafik 5. Büdcə xərcləri və neft qiymətlərinin dinamikası



Mənbə: Dövlət Statistika Komitəsi (https://www.stat.gov.az/)
Yuxarıda göründüyü kimi büdcə xərcləri və neft qiymətlərinin dəyişməsi arasında müsbət əlaqə var. Beləliklə, 2005-ci ildən 2008-ci ilədək neftin illik orta artım həcmi 28% olmuşdur və bu eyni dövrdə büdcə xərclərinin illik ortalama 64% artmasına səbəb olmuşdur. Neftin qiymətinin azalması tendensiyası 2008-ci ilin ortalarından 2009-cu ilin sonuna qədər davam etmiş və büdcə xərclərinin təxminən 3% azalmasına səbəb olmuşdur. 2010 və 2012-ci illərdə neft qiymətlərinin artması sonrakı dövrlərdə büdcə xərclərini yenidən orta hesabla 19% artırmışdır. 2014-cü ilin ortalarından 2016-cı ilin sonuna qədər təbii resurs qiymətlərinin əhəmiyyətli dərəcədə aşağı düşməsi dövlət xərclərində 2% azalmaya gətirib çıxarmışdır. 2017-ci ildə neft qiymətlərinin 29% artmasına baxmayaraq dövlət xərcləri əvvəlki kimi eyni səviyyədə qalmışdır. Bundan əlavə statistik olaraq dövlət xərcləri ilə neft qiymətləri arasındakı əlaqə korrelyasiya testi ilə təyin olunmuş və test nəticələrinə əsasən korrelyasiya əmsalı 0,6-ya bərabərdir və bu iki göstərici arasındakı müsbət güclü bir əlaqə kimi şərh edilə bilər. Bu isə o mənaya gəlir ki, neft qiymətlərindəki 100 dollarlıq artım dövlət xərclərini 60 dollar həcmində artırmaqdadır.

Tövsiyə olunur ki, maliyyə siyasəti vasitəsilə dövlət iqtisadiyyatın eniş dövrlərində iqtisadiyyatı stimullaşdırmaq üçün dövlət xərclərini artıraraq məcmu tələbi artırmalıdır. Ancaq buna baxmayaraq Azərbaycanda restriksionist maliyyə siyasəti tətbiq olunmuş və dövlət xərcləri bu dövrdə azalma tendensiyası göstərmişdir. Son illərdə isə bu tendensiyanın dəyişilməsi yönündə addımlar atılmış, Strateji Yol Xəritəsi və digər layihələr ilə birlikdə dövlət maliyyə siyasətindən effektiv istifadə edərək iqtisadi sabitliyin təmin olunması, məşğulluğun artırılması istiqamətində işlər görmüşdür.

2008-ci ilin qlobal maliyyə böhranından sonra vergi daxilolmalarının ÜDM-dəki payı azalmışdır ki, bu da tənəzzül dövründə iqtisadi artımı stimullaşdırmaq üçün maliyyə siyasətinin effektiv istifadə olunduğunu göstərir. (Qrafik 6) Nəticə etibarilə müəssisələrin mənfəət vergisi, fiziki şəxslərin gəlir vergisinin faiz dərəcələri azaldılmışdır ki, bu gəlirlərin ümumi vergi gəlirlərində əhəmiyyətli payı var.


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin