Müasir dövrdə maliyyə siyasəti və onun təkmilləşdirilməsi” mövzusunda magistr dissertasiyasi abbaszadə Orxan Mehman oğlu baki – 2019


Qrafik 6. Vergi/ÜDM nisbəti və real ÜDM artımı



Yüklə 1,38 Mb.
səhifə31/42
tarix01.01.2022
ölçüsü1,38 Mb.
#102958
1   ...   27   28   29   30   31   32   33   34   ...   42
Qrafik 6. Vergi/ÜDM nisbəti və real ÜDM artımı



Mənbə: Vergilər Nazirliyi (http://taxes.gov.az/)
2010-cu ildən başlayaraq neft qiymətlərinin yenidən artması iqtisadi böyümənin yenidən əldə olunmasına gətirib çıxardı. Son vaxtlar, 2014-cü ildə neftin qiymətinin azalması müvafiq olaraq 2015 və 2016-cı illər üçün verginin ÜDM-dəki nisbətini 16% və 15% etmişdir ki, bu da əvvəlki illərlə müqayisədə daha çox vergi yığımı deməkdir.

Həqiqətən, 2016-cı il 1995-ci ildən bəri ÜDM-nin artım tempinə baxmayaraq dəyişiklik dövründə vergi daxilolmalarının artması iqtisadiyyatın tənəffüsünə mane olan restriksionist maliyyə siyasətinin göstəricisidir. 2015 və 2016-cı illərdə vergi dərəcələrində heç bir dəyişiklik olmasa da, vergi daxilolmalarının artması dövr ərzində vergi yığımının artması ilə bağlı olmuşdur.

1995-ci ildən sonra Azərbaycan iqtisadiyyatında ÜDM-nın artım tempi ilk dəfə 2016-cı ildə -3.1% ilə mənfi göstərici əks etdirmişdir. 2015 və 2016-cı illərdə vergi dərəcələrində heç bir dəyişiklik olmasına baxmayaraq bu dövrdə vergi daxilolmalarının artması iqtisadiyyatın yenidən nəfəs almasına gətirib çıxarmışdır. Bu dövrdə vergi gəlirlərinin artması vergi yığımına nəzarətin artması nəticəsində baş vermişdir.

Dövlət xərcləri və vergi gəlirləri 2014-cü ilin sonuna qədər əhəmiyyətli dərəcədə artmışdır (Qrafik 7). Bu dövr ərzində xərclər 2006-cı il ilə müqayisədə 5 dəfədən çox artmışdır. Bu tendensiya vergi gəlirlərində mütənasib olaraq müşahidə edilmir. Dövrün ilk illərində mütənasib olaraq artım müşahidə olunur, amma bu artım proporsional olaraq sonrakı illərdə özünü biruzə vermir. Bakı-Tiflis-Ceyhan boru neft kəmərinin 2006-cı ildən istifadəyə verilməsindən sonra ölkəyə kütləvi şəkildə neft gəlirləri daxil olmuş və dövlət böyük miqyaslı sosial və infrastruktur layihələri həyata keçirərək iqtisadiyyatın inkişaf etdirilməsi məqsədilə bu vəsaitləri xərcləmişdir.




Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin