Müasir dövrdə maliyyə siyasəti və onun təkmilləşdirilməsi” mövzusunda magistr dissertasiyasi abbaszadə Orxan Mehman oğlu baki – 2019


I FƏSİL. MALİYYƏ SİYASƏTİNİN MƏZMUNU VƏ NƏZƏRİ ASPEKTLƏRİ



Yüklə 1,38 Mb.
səhifə12/42
tarix01.01.2022
ölçüsü1,38 Mb.
#102958
1   ...   8   9   10   11   12   13   14   15   ...   42
I FƏSİL. MALİYYƏ SİYASƏTİNİN MƏZMUNU VƏ NƏZƏRİ ASPEKTLƏRİ

1.1. Maliyyə sistemi maliyyə siyasətinin obyekti kimi

İqtisadi fikir tarixi maliyyə siyasətinin ölkənin iqtisadi inkişafında əhəmiyyətli rol oynadığını göstərir. Buna paralel olaraq, maliyyə sistemi isə maliyyə siyasətinin mərkəzi obyekti kimi əks etdirilir. Çünki maliyyə sistemi, təkcə ödənişləri asanlaşdıran və kredit istifadəsini genişləndirən təşkilatlar sistemi olmayıb, özündə müxtəlif elementləri birləşdirən bir sistemdir. O, resursları son istifadəyə (təşkilat məqsədlərinə) yönəldən bütün funksiyaları əhatə edən bir sistemdir. Bu aspektdən yanaşdıqda, maliyyə sistemi bazar iqtisadiyyatının "mərkəzi sinir sistemi"dir. Maliyyə sistemi bir neçə müstəqil, lakin bir-birinə bağlı olan komponentlərdən ibarətdir ki, bunların hamısı onun effektiv işləməsi üçün çox vacibdir. [27]

Elmi ədabiyyalarda maliyyə sistemi ilə bağlı müxtəlif şərhlər vardır. Bu şərhlərin əksəriyyəti bir-birinə çox oxşar olsa belə onlar arasında fərqlər də mövcuddur. İlk yanaşma institusional yanaşmadır. İnstitusional yanaşmada maliyyə sistemi maliyyə qurumlarından ibarət olub, bir-biri ilə birbaşa əlaqəli olan hissələrdən, maliyyə fəaliyyətində birbaşa iştirak edən vahidlərdən və elementlərdən ibarətdir. Başqa sözlə, bu yanaşmada maliyyə sisteminin institusional aspekti onun əsas nüvəsi kimi vurğulanır.

İnstitusional yanaşmada banklar, sığorta şirkətləri, investisiya və pensiya fondları, maliyyə bazarları və mərkəzi banklar kimi müxtəlif institutlar maliyyə sisteminin əsas komponentləri qəbul edilir. Bu yanaşmanın tərəfdarlarının hazırladığı ədəbiyyatda maliyyə sistemini analiz edərkən əsasən bu təşkilatlar analiz edilərək öyrənilir. [36; 6]



Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin