Şəkil 2. Maliyyə sisteminin ünsürləri
Mənbə: A.P.Faure, Financial Systems: An Introduction, Quoin Institute, 2013, s.9
Bu yanaşmada ilk ünsür borcverənlər və borcalanlardan ibarətdir. Borcverən və borcalanlar qeyri-maliyyə iqtisadi sublektləri olub borcvermə və borcalma prosesində iştirak edirlər.
İkinci ünsür olan maliyyə vasitəçiləri isə, borcverənlər və borcalanlar arasında əlaqə yaratmaqda və bu əlaqənin davamlılığını təmin etməkdədir.
Maliyyə institutları olaraq qəbul edilən üçüncü ünsür, müxtəlif iştirakçıların ehtiyaclarını qarşılamaq üçün yaradılan qurumlardır.
Bu yanaşmanın tərəfdarlarına görə bazarda ehtiyac olduqda banklar tərəfindən pulun yaradılması baş verir ki bu da beşinci ünsürü formalaşdırır. Yəni pulun yaradılması növbəti ünsür kimi qəbul edilir.
Nəhayət bu yanaşmada maliyyə sisteminin sonuncu ünsürü kimi qiymətin əmələgəlməsi qəbul edilir. Burda faiz dərəcəsinin formalaşmasına xüsusi diqqət ayrılır.
Maliyyə sisteminin məzmununun başa düşülməsində başqa bir yanaşma M. Afanasevin (2007) əsərində toxunulur. Bu yanaşmaya əsasən, maliyyə sistemi ilk növbədə, maliyyə münasibətlərinin idarə edilməsinin kompleksidir, yəni onun ünsürləri arasında bəzi qarşılıqlı əlaqələrin olması ilə deyil, həm də bu prosesə ciddi təsir göstərməsi ilə xarakterizə olunan bir sistemdir.
Bu görüş tərəfdarlarına görə maliyyə sistemi maliyyə resurslarının formalaşmasını və istifadəsini təmin edən və bir-birinə bağlı üç alt sistemə bölünə bilər:
(a) təsərrüfat subyektləri;
(b) əhali;
(c) dövlət və yerli hakimiyyət orqanları.
Ümumiyyətlə, ikinci yanaşma ilə maliyyə sisteminə verilən üçüncü yanaşma arasında müəyyən ziddiyyətlər olduğu deyilə bilər. Belə ki, üçüncü yanaşmada maliyyə sistemi yalnız maliyyə qurumları arasında qarşılıqlı əlaqəni deyil, eyni zamanda xammal, yarı bitmiş məhsullar və onun komponentləri, habelə hazır məhsulları satan və ya təmin edən bütün təsərrüfat subyektləri arasında əlaqəni də əhatə edir. Göründüyü kimi, sivilizasiya, bütövlükdə isə iqtisadiyyat maliyyə sisteminə daxil olur. Yəni hər hansı bir müəssisə və təşkilat arasında mövcud olan müxtəlif maliyyə əlaqələri burda əhatə edilir. Əmək haqqı, pensiya, digər gəlirlər əldə edən və sonra malların alınması və xidmətlərin ödənilməsi üçün xərclər aparan əhali də müxtəlif ticarət və xidmət müəssisələri ilə maliyyə münasibətlərinə daxil olur.
G
Dostları ilə paylaş: |