Qrafik 10. Qeyri neft sektorunun fiskal balansının ÜDM-yə nisbəti
Mənbə: Dövlət Statistika Komitəsi (https://www.stat.gov.az/)
Azərbaycan Maliyyə Nazirliyi illik büdcə hesabatlarını fiskal balans üzrə təqdim edir. Geniş mənada qəbul edilmişdir ki, qeyri-neft sektorunun fiskal balansına daha çox diqqət ayrılmalıdır. Ona görə də neft və qeyri-neft fiskal balansı böyük əhəmiyyət kəsb edir. Maliyyə siyasəti vasitələri bu ölçüdə digər sektorların inkişaf etdirilməsində olduqca vacib addımlar toplusudur.
Maliyyə siyasətinin tətbiqi olaraq Azərbaycanda 2018-ci ilin makroiqtisadi vəziyyətini aşağıdakı kimi dəyərləndirmək olar:
- 2018-ci ildə maliyyə və monetar sabitlik təmin edilmiş, ölkənin neft gəlirləri əvvəlki illə müqayisədə ciddi artmış, xarici ticarət dövriyyəsində 8 milyard dollarlıq müsbət saldo olmuş, icmal dövlət büdcəsində 4,7 milyard manat profisit olmuş, əvvəlki illə müqayisədə büdcə xərcləri 29.1%, büdcə investisiyaları 80 faizədək artmış və bunun nəticəsi olaraq Azərbaycanın ÜDM-sinin real artımı 1.4% olmuşdur;
- Neft gəlirlərinin artması səbəbilə ölkə istisadiyyatında neft sektorunun payı yenidən artmışdır: Belə ki, ÜDM-nin tərkib hissəsindəki qeyri-neft sektorunun nisbəti 2016-cı ildə 34.2% olduğu halda 2018-ci ildə 41.5%-ə yüksəlmişdir. 2018-ci ildə büdcə gəlirlərində neft sektorundan daxilolmaların səviyyəsi ümumi gəlirlərin 59,8%-i qədər olmuşdur. Ümumi ixracda neft-qaz sektorunun payı isə 91,2% olmuşdur;
- Dövlət il ərzində neftdən əldə etdiyi gəlirlərin əhəmiyyətli hissəsini dövlət büdcəsi və başqa kanallar vasitəsilə iqtisadi artımın sürətləndirilməsi məqsədilə iqtisadiyyata yatırmışdır;
- Neft gəlirlərinin artması ilə ölkənin valyuta ehtiyatlarında artım olmuşdur;
- Son illər ərzində ölkədə biznes və sahibkarlıq mühitinin yaxşılaşdırılması, xarici və daxili investisiyaların təşviqi uğurla reallaşdırılmışdır.
Dostları ilə paylaş: |