Problemin qoyuluşu və öyrənilmə səviyyəsi: Bu problemin öyrənilməsi və tədqiq edilməsi istər keçmiş, istərsə də müasir dövrdə həmişə iqtisadçı alimlərin birbaşa diqqət mərkəzində olmuşdur. Əsasən iqtisadçı alimlərdən Y. A. Kəlbiyev, Ə. C. Muradov, Ə. Ələkbərov, D. Bağırov, M. X. Həsənli, A. Ş. Şəkərəliyev, M. M. Sadıqov, Z. Məmmədov, S. M. Məmmədov və başqaları problemin müxtəlif tərəflərini öz tədqiqatlarında və eləcə də nəşr olunmuş əsərlərində araşdırmışlar. Eyni zamanda xarici ölkə alimlərindən P. Samuelson, C. Stiqlits, C. M. Keynes, A. M. Babiç, A. Q. Popov, L. N. Pavlova, A. M. Babaşkina, V. İ. Nazarenko, İ. N. Qerçikova, A. L. Zloçevskiy bu problemlə bağlı daha ətraflı tədqiqatlar aparmışlar. Bütün bunlarla yanaşı, müasir dövrdə, maliyyə siyasəti və onun təkmilləşdirilməsi ilə bağlı tədqiqat işləri heç də az aparılmamışdır.
Dostları ilə paylaş: |