MüASİr proqram müHƏNDİSLİYİ- kollokvium sualları Proqram təminatının əsasını nə təşkil edir?



Yüklə 0,66 Mb.
səhifə2/3
tarix10.12.2023
ölçüsü0,66 Mb.
#139229
1   2   3
Agile kolloqv suall

3.Əməliyyat sistemi nədir?
Hesablama prosesini həyata keçirən texniki vasitələlərin idarə olunmasını təmin edən proqramlar toplusundan ibarətdir.
Əməliyyat sistemləri sistem proqram təminatının əsasını təşkil edir. Əməliyyat sistemləri fərdi kompüterlərin vacib elementlərindən biridir. Əməliyyat sistemi kompüter qoşulduqda işə düşən, kompüterin bütün hissələrinin işləməsini təmin edən və informasiyanı idarə edən proqram sistemidir. Əməliyyat sistemi məlumatların saxlanması və onun emalının idarə edilməsi ilə yanaşı istifadəçi üçün də interfeysə malikdir.
Şəbəkə əməliyyat sistemləri lokal və qlobal kompüter şəbəkələrinin meydana gəlməsilə əlaqədar istifadəçinin hesablama şəbəkəsinin bütün resurslarına müraciəti təmin edir.
Əməliyyat sistemləri fərqli növ və versiyalarda gəlir və hər birinin öz xüsusiyyətləri, fəaliyyət prinsipləri, tətbiq sahələri olur. Bəzi populyar əməliyyat sistemləri Windows, macOS, Linux, iOS və Android kimi nümunələr verilə bilər.
4. İnstrumental proqramlar və ya proqramlaşdırma sistemləri
İnstrumental proqramlar və ya proqramlaşdırma sistemləri yeni proqram vasitələri (sistem və tətbiqi) yaratmaq üçün istifadə edilir. Proqramlaşdırma sistemləri maşın dilində deyil, istifadəçi üçün daha asan olan proqramlaşdırma dillərində işləməyi təmin edir.Maşın dili çoxsaylı əmrlər ardıcıllığından ibarət kompüterin birbaşa başa düşə biləcəyi kodlarla işləyir. Lakin çoxsaylı istifadəçilər üçün bu dildə işləmək əlverişli deyildir. Ona görə də təbii dilə yaxın olan simvolik dillərdən istifadə olunur. Bu cür dillərə proqramlaşdırma dilləri deyilir.Proqramlaşdırma dilində yazılan proqramlar maşın dillərinə çevrilərək yerinə yetirilir.
Alqoritmik dillər yüksək səviyyəli dillər hesab edilir. Belə dillərdə tərtib olunan proqramlar istənilən kompüterdə işləyir və onlarla işləmək əlverişli və asandır. Çatışmayan cəhətləri kompüterin texniki xarakteristikalarının nəzərə alınmasının mümkün olmaması və icrasına daha çox vaxtın sərf edilməsidir.

5.Proqram mühəndisliyinin predmet sahələri hansılardır?
PM-nin əsas məqsədi PT-nin istehralı prosesini dəstəkləmək, maksimal effektivliyə və keyfiyyətə nail olmaq üçün vasitə, metod və nəzəriyyələrin işlənməsindən ibarətdir. PT-nin işlənməsi özündə sənəti və elmi birləşdirən, əvvəlki təcrübələrə əsaslanan mühəndislikdir. PM-də alqoritmlər, funksional layihələndirmə metodları və PT-nin işlənilməsinin digər metodları tətbiq edilir. Proqram mühəndisi PT-nin təyinatına uyğun şəkildə və əvvəlki təcrübələrə əsaslanaraq işlənilmə zamanı tətbiq ediləcək metodologiyanı, sınaq vasitələrini, standartları və s. düzgün seçməlidir.




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin