MÜASİR PROQRAM MÜHƏNDİSLİYİ- Kollokvium sualları 1.Proqram təminatının əsasını nə təşkil edir? -Proqram təminatı özündə proqramları, onlara aid olan sənədləri, və proqramın düzgün işləməsi üçün lazım olan konfiqurasiyanın parametrlərini birləşdirir.
Proqram təminatıelə proqramlar kompleksidir ki, onsuz kompüterin işini təsəvvür etmək olmaz. Proqram təkcə konkret məsələni həll etmək üçün deyil, istifadəçi ilə kompüter arasında ünsiyyət yaratmaq, informasiya emalı prosesini idarə etmək, məsələnin həllində proqramçıya kömək etmək, səhvləri aşılayıb ona çatdırmaq və s. üçün lazımdır. Proqram təminatı kompüteristifadəçisinin araşdırdığı problem və məsələlərin həllini təşkil edən proqramlar yığımıdır. İş üsuluna görə proqram təminatına daxil olan proqramlar üç kateqoriyaya bölünürlər: Sistem proqramları. Belə proqramlar həmişə işə hazır vəziyyətdə olub yaddaşda saxlanılırlar. Onların əsas vəzifəsi kompüterin qurğuları və aparat hissəsi ilə iş prosesində istifadə edilən digər proqramlar arasında əlaqə yaratmaqdır. Belə proqramlara BİOS proqramını göstərmək olar;
Qeyri-rezident (adi) proqramlar. Ən geniş yayılmış kateqoriyalı proqramlardır. Bu proqramlar vasitəsilə istənilən növ məsələni kompüterdə həll etmək mümkündür. Bu proqramlar işlərini bitirdikdən sonra əməli yaddaş boşaldılaraq idarəetmə digər proqramlara verilir.
Rezident proqramlar. Belə proqramlar adi proqramlardan fərqli olaraq idarəetməni digər proqramlara ötürdükdə əməli yaddaşdan silinmirlər və onlar proqramların icrası qurtardıqdan sonra idarəetməni öz üzərinə götürürlər.
2.Proqramlaşdırma texnologiyasının məhsulu nədir? -Tələb olunan funksiyalarin yerinə yetiriməsi üçün istifadə olunan bir və ya bir neçə qarşılıqlı əlaqəli proqramlardan ibarət olan proqram vasitəsinə Proqramlaşdlrma texnologiyasının məhsulu kimi baxmaq olar. Burada “proqram” dedikdə düzgün, yəni səhvləri olmayan proqram başa düşülür. Proqramlaşdlrma texnologiyasında tanınmış alim olan Mayersin fikrincə əgər proqram istifadəçinin ondan gözlədiyini yerinə yetirmirsə, demək onda səhv var. İstifadəçinin proqramda gözlədiyi isə proqram sənədində ifadə olunur. Buradan belə nəticə çıxarıla bilər ki, proqramda səhv anlayışı formal deyildir. Proqram vasitəsində proqramlar və onların sənədləri bir-birilə qarşılıqlı bağlıdırlar və tamlıq yaradırlar. Odur ki, proqram vasitəsindəki səhvi bütövlükdə başa düşmək lazımdır, yəni həm proqramların özündə, həm də sənədlərdə səhv ola bilər və ya onlar arasında uyğunsuzluq ola bilər.
İstehsalat və ərzaq məhsullarından fərqli olaraq, proqram məhsulu aşağıdakı xüsusiyyətlərə malikdir:
proqram məhsulu amortizasiya olunmur;
proqram məhsulu istismar ərəfəsində xarab olmur;
proqram məhsuluna mobillik xasdır, yəni o, asanlıqla bir kompüterdən və ya əməliyyat sistemindən digərinə köçürülə bilər; bir dəfə yaradılan proqram məhsulu hansı kompüterdə, hansı əməliyyat sistemində və hansı ölkədə olmasından asılı olmayaraq bütün istifadəçilərin malı ola bilər;
əksər hallarda proqram məhsulu müəyyən sinfə aid məsələlər dəstinin həllinə qadir olan univərsal və bütöv sistem kimi yaradılır;
proqram məhsulunun istismarı ərəfəsində aşkar edilən çatışmazlıqlar və məhdudluqlar aradan qaldırılır və onun yeni versiyaları (variantları) yaradılır.