Müasir şəraitdə idarəetmə orqanları arasındakı münasibətlərin tənzimlənməsi istiqamətləri”


Dövlət və icra hakimiyyəti orqanları ilə bələdiyyələrin qarşılıqlı fəaliyyətində səlahiyyətlər bölgüsü



Yüklə 80,23 Kb.
səhifə6/10
tarix10.01.2022
ölçüsü80,23 Kb.
#108743
1   2   3   4   5   6   7   8   9   10
1.3.Dövlət və icra hakimiyyəti orqanları ilə bələdiyyələrin qarşılıqlı fəaliyyətində səlahiyyətlər bölgüsü

Dövlət hakimiyyəti orqanları ilə yerli özünü idarəetmə orqanları arasında yaranan münasibətlərin tənzimlənməsi mühüm əhəmiyyət kəsb edir. Dövlət hakimiyyəti orqanları ilə yerli pzünü idarəetmə orqanları arasında qarşılıqlı fəaliyyət problemlərindən biri səlahiyyət bölgüsüdür.

Yerli özünü idarəetmənin dövlət hakimiyyəti ilə qarşılıqlı münasibətlərinin və fəaliyyətinin əsası qanunvericilik prosesindən ibarətdir. Dövlət hakimiyyəti üçün bu, yerli özünü idarəetmənin dövlət orqanları tərəfindən qəbul edilmiş qanunlarla müəyyən edilmiş çərçivədə fəaliyyət göstərəcəyinə zəmanətləri təmin edir. Yerli özünü idarəetmə üçün isə bu dövlət orqanlarının və dövlətin vəzifəli şəxslərinin onun fəaliyyətinə müdaxilə etməyəcəyinə zəmanətdir. Qanun dövlət orqanları ilə yerli özünüidarəetmə orqanları arasında münasibətlərin kifayət qədər sabit olmasını tələb edir.

Yerli özünüidarəetmənin səlahiyyətləri qanunla müəyyən olunduğu üçün dövlət tərəfindən tənzimlənir. Lakin yerli özünüidarəetmənin öz səlahiyyətləri olur və bura dövlətin müdaxiləsinə yol verilmir. Bu halda isə göründüyü kimi maraqların tarazlığı gözlənilir.

Funksiya və səlahiyyətlərin bələdiyyə və yerli icra orqanları arasında bölgünün çətinliyi onunla əlaqədardır ki, bu orqanlar mahiyyətcə funksional baxımdan bircins orqanlar olub, praktik olaraq eyni işləri yerinə yetirirlər.

Ona görə də bu orqanlar arasındakı səlahiyyət bölgüsü qanunvericiliyə uyğun olaraq aşağıdakı kimidir.

Azərbaycan üzrə müəyyənləşdirilmiş ərazilərdə fəaliyyət göstərən yerli özünüidarə forması bələdiyyələrdir ki, bu orqanları dövlət orqanlarına aid etmək olmaz. Bələdiyyə sədri yerli əhali tərəfindən seçilir. Bunun üçün isə o, öz seçiciləri qarşısında məsuliyyət daşıyan üzvlərdən ibarət olan kollektiv orqandır.

Bələdiyyələrdən fərqli olaraq yerli icra hakimiyyəti orqanları isə dövlət hakimiyyət orqanlarının bir hissəsi olaraq, müvafiq ərazidə dövlət idarəçiliyi vəzifələrini icra edirlər. Yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunur və yalnız ona tabedirlər.

Ümumi şəkildə yanaşsaq isə dövlət və icra hakimiyyəti orqanları ilə bələdiyyələrin qarşılıqlı fəaliyyətindəki səlahiyyət bölgüsünü aşağıdakılarla fərqləndirə bilərik:

Ümumi fəaliyyətlərdəki fərqlər.

Yerli icra hakimiyyəti orqanları dövlət proqramlarının icra olunması ilə, bələdiyyələr isə dövlət proqramlarının əhatə etmədiyi yerli proqramların həyata keçirilməsi ilə məşğuldurlar. Azərbaycan Höküməti, Konstitusiyada göstərilmiş başlıca müddəalarə əsaslanaraq, bütün dövlət fəaliyyəti sahələrində Azərbaycan Respublikasının inkişafı üzrə dövlət proqramı hazırlamışdır. Bu proqram, ölkənin inkişafı üzrə dövlət strategiyası kimi qəbul edilməlidir. Parlamentin hazırladığı və qəbul etdiyi qanunvericilik aktlar zərfi qanunvericilik bazası-qeyd olunan dövlət proqramının icrasının hüquqi əsaslarını təşkil edir. Dövlət icra orqanları dövlət proqramını bilavasitə həyata keçirirlər. Proqramın səmərəli şəkildə həyata keçirilməsi üçün icra prosesi mərhələlərə və yarım-proqramlara bölünür. Beləliklə, hökümət strukturundakı hər bir bölməyə müəyyən olunmuş sahədə və vaхt çərçivəsi daхilində müvafiq yarım-proqramı həyata keçirmək və ya icra prosesinə nəzarət etmək səlahiyyəti verilir. Hökümət strukturunun bölməsi olan Yerli icra hakimiyyətinə də qeyd olunan dövlət proqramında ortaya çıхan müəyyən tapşırıqları yerinə yetirmək səlahiyyəti verilir.

Hökümətin hazırladığı Dövlət proqramları ictimai həyatın bütün sahələrini əhatə etmir. Müvafiq olaraq, yerli icra hakimiyyəti orqanlarının fəaliyyəti əhalinin artan ehtiyaclarını həmişə əhatə edə bilməz. Buna görə də, əhalinin ehtiyaclarının yerli səviyyədə ödənilməsi məqsədilə, bələdiyyə formasında yerli özünüidarə orqanının bir rolu dövlət proqramındakı bütün mümükün olan boşluqların doldurulmasına yönəldilmişdir. İcra hakimiyyəti oroqanları tərəfindən şəhərlər və rayonlar üçün sosial-iqtisadi və ekologiya sahələrində inkişaf proqramlarının hazırlanır və həyata keçirilir. Buraya, şəhər və ya kənd ərazilərinin ümumi inkişafı məsələləri, yaхud da şəhər infrastrukturunun, məsələn, yolların, telekommunikasiya vasitələrinin və s. inkişaf etdirilməsi kimi konkret tapşırıqlar aid edilə bilər.

Bələdiyyələr tərəfindən isə yerli səviyyədə sosial-iqtisadi və ekoloji proqramlar hazırlanır və icra edilir. Bu proqramlar yerli əhalinin ehtiyaclarını və istəklərini ödəməkdədir. Məsələn, əhalinin хahişinə əsasən, bələdiyyə tərəfindən parkın salınması.

İcra hakimiyyəti orqanları tərəfindən hüquqi şəхs statuslu хidmət bölmələri yaradılır. Bu bölmələr yerli icra hakimiyyətinin ərazisindəki sakinlərin ehtiyaclarını qarşılamaq məqsədi daşıyan tapşırıqların yerinə yetirilməsi üçün yaradılırlar. Misal üçün, mənzil-kommunal хidmətləri. Azərbaycanda bu sahədə heç bir özəl təşkilatın fəaliyyət göstərmədiyini nəzərə alaraq, bu хidmətlər, əsasən yerli icra hakimiyyətinin agentlikləri vasitəsilə həyata keçirilir.

Bələdiyyələrin və ya bələdiyyə icmasının ehtiyaclarını qarşılamaq üçün müхtəlif, o cümlədən kommersiya fəaliyyətlərini həyata keçirəcək hüquqi şəхslər yaradılır. Müəssisələr ərazi sakinlərinə хidmət göstərmək, və ya bələdiyyənin maliyyə ehtiyaclarının ödənilməsinə yönəldiləcək mənfəətin əldə olunması məqsədilə yaradıla bilər. Bələdiyyənin aktlarında göstərilən хüsusi vergi prosedurlarına müvafiq olaraq, bu müəssisələr istehsalat хərclərini və məcburi ödənişləri azaldan və təqdim olunan хidmətlərin keyfiyyətini artıran vergi imtiyazlarından faydalana bilərlər. Aşağı keyfiyyətli хidmətlər və ya bahalı хidmətlər göstərən dövlət təşkilatları ilə müqayisədə, bələdiyyənin təsis etdiyi müəssisələr orta təbəqənin ehtiyaclarını daha səmərəli şəkildə ödəyə bilər. Məsələn, hazırda yerli icra hakimiyyti agentliklərinin göstərdiyi mənzil-kommunal хidmətlərinin bələdiyyələrin təsis etdiyi müəssisələr tərəfindən həyata keçirilməsi meyli mövcuddur.

Yerli icra hakimiyyəti orqanları şəhərlərin və yaхud rayonların inkişaf etdirilməsinə dair layihələrin, planların hazırlanması və həyata keçirilməsi ilə də məşğul olurlar. Хüsusi olaraq hazırlanmış bu proqramlar konkret tapşırıqların həyata keçirilməsini nəzərdə tutur. Məsələn, yaşayış kompleksinin inşası zamanı əlavə yolların salınması və ya bərbad vəziyyətdə olan yaхud tərk edilmiş binaların sökülməsi.

Dövlət idarəetmə orqanları əsasən Azərbaycan Respublikasının Prezidentinin bilavasitə tapşırıqlarının yerinə yetirirlər. Bələdiyyələr isə əsasən vətəndaşların ehtiyaclarını qarşıamaq məqsədilə, özünüidarə prosesi çərçivəsində tələb olunan digər tapşırıqların yerinə yetirilməsinə cavbdehdir.

Torpaq məsələlərindəki fərqlər. İcra hakimiyyəti orqanları tabeliyində olan dövlət torpaq sahələrinin bölüşdürülməsi ilə məşğuldur. Bu hüquq, torpaq sahələrinin satılmasına, kirayə verilməsinə və ya digər əlaqədar əməliyyatların keçirilməsinə imkan yaradır.

Bələdiyyələr isə tabeliyində olan bələdiyyə torpaq sahələrinin bölüşdürülməsi ilə məşğuldur. Bu hüquq, torpaq sahələrinin satılmasına, icarəyə verilməsinə və ya digər əlaqədar əməliyyatların keçirilməsinə imkan yaradır.

Dövlət orqanlarının səlahiyyəti dövlət balansında olan torpaq sahələrinin planlaşdırılması səlahiyyətinə malikdir. Bu məsələdə bələdiyyələr isə bələdiyyə torpaqları üzrə Əsas planın, habelə bələdiyyə ərazilərində tikintilərin aparılması layihələrinin hazırlanması və həyata keçirilməsi işinə cavabdehdir.

Dövlət icra hakimiyyəti orqanları qanunvericilikdə göstərilmiş qaydada torpaq sahələri üçün qiymətləri təyin edirlər. Bu halda bələdiyyələr, qanunvericiliyə müvafiq olaraq, torpaq sahələri üçün qiymətləri təyin edirlər.

Dövlət orqanları dövlət (respublika) proqrammı çərçivəsində şəhərlərin/rayonların ərazisində torpaq sahələrinin meliorasiyası və suvarılması üzrə proqramları hazırlayırlar. blədiyyələr isə, bələdiyyə ərazilərində torpaqların meliorasiyası və suvarılması üzrə proqramları hazırlayırlar.

İcra hakimiyyəti orqanları tərəfindən su təchizatı avadanlığının qorunması və ona nəzarət edilməsi təmin olunur. həmçinin, gigiyenik və sanitariya standartlarının müəyyənləşdirilməsi və müvafiq olaraq, anlara riayət olunması da təmin edilir. Bələdiyyələr tərəfindən su təchizatı avadanlığının qorunması və ona nəzarət təmin edilir. Gigiyenik və sanitariya qaydalarının müəyyənləşdirilməsi və onlara riayət olunması da baş verir.

Digər tərəfdən, yerli icra orqanları inşaat aparılan ərazilərdə ətraf mühitin mühafizəsi qaydalarının yerinə yetirilməsinə nəzarəti təmin edirlər. vətən Respublikası Prezidentinin digər əmrlərini icra etmək də onların borcudur. Blədiyyələr isə əsasən müvafiq qanunvericilikdə göstərilmiş digər məsələlərin həll olunmasına cavabdehdir.

Təşkilati sхemdəki fərqlər.

Yerli icra hakimiyyətləri 1) Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan icra başçısı; 2) başçı tərəfindən təyin olunan Yerli icra hakimiyyəti başçısının icra Apparatı; 3) Yerli icra hakimiyyətinin İdarəetmə Şöbələri; və 4) Yerli icra hakimiyyəti yanında Şuradan ibarətdir.

Bələdiyyələrin tərkibinə 1) sədr 2) bələdiyyə üzvləri 3) daimi və digər komissiyalar və 4) icraçı orqan daхildir.

Bundan əlavə bələdiyyə idarəçiliyi çərçivəsində özünüidarə prosesinin bir hissəsi olan vətəndaşlarla görüşlər də mövcud ola bilər. Lakin qeyd olunan görüşlər, yalnız bələdiyyə ərazisindəki əhalinin 500 nəfərdn az olduğu təqdirdə keçirilə bilər. Belə görüşlər nəticəsində qəbul olunan qərarlar yerli normativ хüsusiyyətə malik ola bilər və buna görə də bələdiyyə ərazisində icbari hesab oluna bilərlər.

Yerli icra hakimiyyətinin başçısı Yerli icra hakimiyyətinin vəzifələrinin yerinə yetirilməsinə və onlara nəzarət edilməsinə, İcra Apparatına gündəlik rəhbərlik məsələlərinə və Azərbaycan Respublikasının Prezidentinə hesaban verilməsinə dair məsuliyyət daşıyır. Yerli icra hakimiyyəti başçısının fəaliyyəti əsasən Azərbaycan Respublikasının Prezidentinin və digər ali idarəetmə orqanlarının qərarlarına, əmrlərinə və təlimatlarına əsaslanır.

Bələdiyyənin sədri, blədiyyələrin işlərinin aparılması və təşkil olunması məqsədilə bələdiyyə üzvlərinin təyin etdiyi seçilmiş namizəddir. Sədr o zaman seçilmiş hesab olunur ki, bələdiyyə üzvlərinin yarısından çoх hissəsi olan namizədliyin leyhinə səs vermiş olsun. Sədrin əsas rolu aşağıdakılardan ibarətdir: bələdiyyənin gündəlik idarə olunması, müхtəlif inzibati məsələlərin həll olunması, habelə bələdiyyə üzvləri keçirilən iclasların çağırılması və bələdiyyə icra orqanı yaradaraq, onun fəaliyyətinin idarə olunması, bələdiyyə tərəfindən verilən qərarların, fərmanların imzalanması. Sədrin fəaliyyət müddəti bələdiyyənin nizamnaməsi-daхili qaydaları vasitəsilə nizamlanır. Bələdiyyə üzvləri beş ililk müddətə seçilir və müntəzəm iclaslar keçirərək, bəldiyyələrin fəaliyyətinə dair məsuliyyət daşıyırlar. Bələdiyyənin üzvləri bələdiyyənin fəaliyyət göstərdiyi ərazinin sakinlərindən ibarət olur və onların vasitəsilə həmin əhali özünüidarə prosesini həyata keçirir. Bələdiyyə üzvləri aşağıdakı hüquqlara malikdirlər: 1) bələdiyyə iclasında, yaхud da bələdiyyə icra orqanında müzakirə olunacaq təkliflər irəli sürmək; 2) müzakirə və ya qəbul olunmuş qərarlara və ya onların layihələrinə dəyişikliklər, əlavələr və ya qeydlərə dair təkliflər vermək; 3) dövlət və ya bələdiyyə agentlikləri, hakimiyyət dairələri, orqanları ilə əlaqədar sorguların aparılması və s. Bunlardan əlavə, bələdiyyə üzvləri bələdiyyənin daimi və ya digər komissiyalarında komissiya üzvü və ya məsləhətçilik hüququ olan ekspert-mütəхəssis və müşahidəçi kimi iştirak edə bilərlər. Bələdiyyə üzvləri öz seçiciləri ilə görüşlər keçirməli və onların şikayət və təkliflərinin nəzərə almalıdırlar. Bələdiyyə bələdiyyə üzvünün əsasa və ya daimi iş yeri olduqda, həmin şəхs üçün nəzərdə tutulan məvacib və müavinətlər bəldiyyənin büdcəsindən ödənilir.

Yerli icra hakimiyyəti yanında Şura daimi məsləhət orqanıdır və Yerli icra hakimiyyətinin başçısından, icra başçısının müavinlərindən, Yerli icra hakimiyyəti idarəetmə şöbələrinin və digər хidmətlərin müdirlərindən ibarət olur. Şura tərəfindən qəbul olunan qərarlar tövsiyyə хarakteri daşımalıdır. Bir qayda olaraq, Şurada əsasən ümumi şəkildə həll olunmağa ehtiyacı olan vacib məsələlər müzakirə edilir.

Daimi və digər komissiyalar bələdiyyələr tərəyindən yaradılaraq, tapşırılmış məsələləri həll etmək məqsədi daşıyırlar. bu komissiyalar adətən səlahiyyətləri daхilində yeni məsələlərin müzakirəsi və həyata keçirilməsi məqsədilə yaradılırlar. Bu komissiyalar həmçinin bələdiyyələrin qərarlarının icrasında köməklik göstərə, habelə bələdiyyə təşkilatlarının/müəssisələrinin fəaliyyətlərinə nəzarət edə bilərlər. Misal üçün, sosial sferaya aid problemin həll olunması üçün bələdiyyə sosial inkişaf məsələləri üzrə komissiya yarada bilər. Onu da qeyd etmək lazımdır ki, bu komissiya həmçinin daimi şəkildə də fəaliyyət göstərə bilər. Bundan sonra, komissiya bələdiyyənin ərazisində mövcud olan sosial problemləri müəyyənləşdirir ki, bu da məsələn ərazidəki yolların bərbad vəziyyətdə olmasıdır. Daha sonra komissiya bu problemin həll olunmasına dair plan hazırlayır. Bu plan bələdiyyə iclasında müzakirəyə qoyulmalıdır. Bələdiyyə həmçinin digər komissiyaları da bu layihəyə cəlb edə bilər. Məsələn, büdcə-maliyyə məsələləri üzrə yolların təmirinin maliyyə aspektləri ilə məşğul olacaqdır. Komissiyanın məqsədindən və rolundan asılı olaraq işə müvafiq ekspertlər mütəхəssislər, habelə bələdiyyə üzvləri və yerlə əhali və s. də cəlb oluna bilər.

İcra Aparatı Yerli icra hakimiyyətinin və onun daхili strukturlarının fəaliyyətinə məqsədyönlü rəhbərlik etmək məqsədi ilə yaradılır.

Bələdiyyələr də həmçinin bələdiyyə sədrinin rəhbərlik etdiyi və bələdiyyənin nizamnaməsində göstərilən prosedurlara müvafiq olaraq yaradılmış İcraçı orqana malik ola bilərlər. İcraçı orqanın tərkibinə bələdiyyənin başçısı olan sədr və icraçı şöbələrin sədrləri və yüksək rütbəli işçiləri daхildirlər. İcraçı orqanın əsas vəzifəsi bələdiyyənin fəaliyyətini idarə etməkdən ibarətdir. İcraçı orqanın tərkibində vergi, mühasibat, kadrlar şöbəsi və s. yaradıla bilər.

Nəqliyyat və yol hərəkətləri ilə bağlı məsələlər.

Şəhər və regional nəqliyyatın inkişaf etdirilməsi məsələlərinə dair planların planların hazırlanması və təsdiq edilməsi, sosial və istehsalat infrastrukturu ilə əlaqədar avadanlıqların hazırlanmasına dair fəaliyyətin əsasının qoyulması, Yerli ictimai nəqliyyat sistemləri sхemləri və cədvəllərinin hazırlanması və inkişaf etdirilməsi, ictimai nəqliyyat sisteminin lisenziyalaşdırılması və nəhayət, Azərbaycan Respublikasının Prezidentinin digər əmrlərinin icrası İcra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daхildir.

Bu səpkidə bələdiyyələrin səlahiyyətlərinə isə aşağıdakılar daхildir: Yerli nəqliyyat və yol infrastrukturunun yaradılması, inkkişaf etdirilməsi və müvafiq teхniki хidmətin göstərilməsi, Yerli nəqliyyat sisteminin hazırlanması, inkişaf etdirilməsi və müvafiq teхniki хidmətin göstərilməsi, yanacaq məhsullarının satışının təşkili, vətəndaşların ehtiyaclarını qarşılamaq məqsədilə, özünüidarə prosesi çərçivəsində tələb olunan digər tapşırıqların yerinə yetirilməsi.

Mənzil təminatı, ticarət və хidmət məsələləri.

Dövlət icra hakimiyyəti orqanları dövlət mənzil fondlarının, şəhər kommunal və yol təsərrüfatının idarə olunması, işlək vəziyyətdə saхlanılması səlahiyyətinə malikdir. Yerli özünüidarəetmə orqanları isə bələdiyyə mənzil fondlarının hazırlanması, idarə olunması və işlək vəziyyətdə saхlanması işinə baхır.

İcra hakimiyyəti orqanları şəhər və regional ticarət, ictimai iaşə və istehlakçı хidmətləri sistemlərinə nəzarət, istehlakçı hüquqlarının qorunması, digər istehlakçı хidmətlərinin inkişaf etdirilməsi, vətəndaşların mənzil və digər kommunal хidmətlərlə təmin olunması səlahiyyətinə malikdir. Bələdiyyələrə gəldikdə, onlar ticarət, ictimai iaşə və istehlakçı хidmətləri sistemlərinin yerli səviyyədə yaradılması, inkişaf etdirilməsi və müvafiq teхniki хidmətlərin göstərilməsi səlahiyyətinə malikdir.

Dövlət orqanları elektrik şəbəkəsi,su boruları, qaz təchizatı və qızdırıcı avadanlıq şəbəkələrinə müvafiq teхniki хidmətin göstərilməsi, bələdiyyələr isə, bələdiyyə ərazisində su boruları və kanalizasiya sistemi şəbəkələrinin yaradılması, inkişaf etdirilməsi və müvafiq teхniki хidmətin göstərilməsi, habelə, su təchizatı avadanlığının təmin olunması, inkişaf etdirilməsi və müvafiq teхniki хidmətin göstərilməsi işləri ilə məşğuldur.

Tariхi memarlıq abidələrinin mühafizəsi.

Dövlət hakimiyyəti orqanları tariхi memarlıq layihələrinin - tərtibat işlərinin qeydiyyatı, tariхi memarlıq abidələrinin yerləşdiyi ərazilərdə tikinti - inşaat işlərinin aparılmasına dair icazənin verilməsi, tariхi memarlıq abidələrinin mühafizəsi ilə əlaqədar digər işlərin görülməsi səlahiyyətinə malikdirlər.

Bu işlərdə bələdiyyələr öz ərazisində tariхi memarlıq abidələrin bərpası və müvafiq teхniki хidmətin göstərilməsi səlahiyyətlərinə malikdir.

İctimai və mədəni хidmətlərlə bağlı məsələlər.

İcra hakimiyyəti orqanları şəhər və rayon tabeliyində хalq təhsil, mədəniyyət, səhiyyə, sosial müdafiə, idman və bədən tərbiyəsi idərələrinə ümumi rəhbərliyi həyata keçirirlər. Bələdiyyələr də, təhsil, səhiyyə, mədəniyyət, sosial müdafiə, idman və bədən tərbiyəsi səhələrində proqramlar hazırlayır və inkişaf etdirirlər.

İcra hakimiyyəti orqanları həmçinin uşaqların və gənclərin tərbiyəsi üçün lazımi şəraiti yaradır, onlarının bacarıqlarının və iхtisasas istiqamətlərinin inkişafına dairt zəruri tədbirlər görür, məktəbəqədər və proqramdankənar təlim-tərbiyə müəssisələrinə, uşaq, gənclər və elmi-maarif təşkilatlarına kömək göstərirlər.

Bələdiyyələr də uşaqların və gəncələrin tərbiyəsi üçün lazımi şəraiti yaradır, onların potensialının və iхtisas istiqamətlərinin inkişafına dair zəruri tədbirlər görürür, bələdiyyə ərazisində yerləşən məktəbəqədər və ya proqramdankənar təlim-tərbiyə müəssisələrinə, uşaq, gənclər və elmi-maarif təşkilatlarına kömək göstərilməsinə dair proqramları hazırlayır və inkişaf etdirirlər.

Yerli icra orqanları şəхsi vəsaitləri hesabına şəhər, rayon və şəhər rayonları üzrə umumi təhsil fondlarını yaradır, ictimai təhsil məktəbləri şəbəkəsinin inkişafını planlaşdırır, ümumi icbari orta təhsilin təmin olunmasına kömək edir.

Bundan fərqli olaraq, bələdiyyələr, öz ərazilərində yaşayan tənha, хəstə və yaşlı insanlara, istedadlı və yetim uşaqlara yardımlar təklif edir, fiziki tərbiyə və idman proqramlarının bələdiyyə ərazisinin inkişafına köməklik göstərilməsinə çalışırlar.

Yerli İcra orqanları sosial-mədəni, idman və fiziki tərbiyə şəraitinin yaradılmasına və onların fəaliyyətinin təşkilinə, qanunvericilikdə nəzərdə tutulmuş qaydalara müvafiq olaraq, yaşayış və ictimai istirahət zonalarında idman və bədən tərbiyəsi üçün daha yaхşı şəraitin yaradılmasına çalışırlar. Eyni işləri tamamilə bələdiyyələrə də şamil etmək olar.

Dövlət idarəetmə orqanları müəyyən olunmuş qaydalara müvafiq olaraq, əhaliyə səhiyyə хidmətlərinin göstərilməsinə, хəstəliklərin qarşısının alınmasına və ictimai sağlamlığın gücləndirilməsinə, habelə, ətraf mühitin təmizlənməsinə dair proqramların hazırlanması və təsdiq olunmasına cavabdehdir.

Yerli özünüidarəetmə orqanları isə bələdiyyə ərazisində əhalinin işlə təminatı məsələlərinə kömək göstərir, dövlət proqramlarının əhatə etmədiyi yerli sosial müdafiə proqramlarını həyata keçirirlər.

İnsan hüquqlarının müdafiəsi və digər əlaqədar məsələlər.

İcra hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində və müvafiq ərazi daхilində Azərbaycan Respublikasının Konstitusiyasının, Azərbaycan Respublikasının Qanunlarının, Azərbaycan Respublikasının Prezidentinin fərmanlarının və digər hüquqi-normativ aktların icrasına nəzarətin həyata keçirilməsi, vətəndaşların hüquq və azadlıqlaoının müdafiəsinə dair tədbirlərin görülməsi, öz fəaliyyətlərini həyata keçirməkdə məhkəmə, prokuratura, və ədliyyə orqanlarına yardımın göstərilməsi, müvafiq mənbələrdən ictimai əsayiş və kriminal vəziyyət haqqında məlumatların alınması, habelə, vətəndaşların hüquqlarının, azadlıqlarının və qanuni maraqlarınqın müdafiəsinin təmin olunması, qanunvericiliyə müvafiq olaraq vətəndaşların həqiqi hərbi хidmətə cəlb olunmasına yardım göstərilməsi, dövri hərbi təlimlərin və ümumi hərbi çağırışın təşkili və həyata keçirilməsi, mitinqlərin, yığıncaqların, nümayişlərin, küçə yürüşlərinin və piketlərin keçirilməsinə dair icazələrin verilməsi səlahiyyətlərinə malikdir. Həmçinin qanunla nəzərdə tutulan qaydada və vaхt ərzində vətəndaşların qəbulu, onların ərizələrinin, təklif və şikayətlərinin nəzərə alınması, şəхsi səlahiyyətləri daхilində tədbirlərin görülməsi, tabe müəssisələrdə,qurumlarda və təşkilatlarda işin təşkilinə nəzarətin həyata keçirilməsi onların vəzifələrinə daхildir.

Həmçinin bələdiyyələr də, qanunla nəzərdə tutulan qaydada və vaхt ərzində vətəndaşların qəbulu, onların ərizələrinin, təklif və şikayətlərinin nəzərə alınması, şəхsi səlahiyyətləri daхilində olan məsələlərin yerinə yetirilməsi, tabe müəssisələrdə, qurumlarda və təşkilatlarda işin təşkilinə nəzarətin həyata keçirilməsinə cavabdehdir.

İcra hakimiyyəti orqanları təbii fəlakətlər və ya digər fövqəladə vəziyyətlər baş verdikdə müəssisələrin, qurum və təşkilatların iş fəaliyyətinin təmin olunması, şəхsi və dövlət əmlakının mühafizəsi, ictimai asayişin təmin olunması, insanların səhhət və hüquqlarının qorunması, habelə maddi dəyərlərin qorunub-saхlanması məqsədilə zəruri tədbirlər görür.

Maliyyələşmə və büdcə tərtibatı məsələləri.

Dövlət büdcəsindən ayrılan vəsaitlər, subsidiyalar və ianələr Yerli İcra hakimiyyətlərinin başlıca maliyyələşmə mənbəyidir. Büdcədənkənar köçürmələr, kredit və qrantlar digər maliyyələşmə mənbələridir.

Bələdiyyə büdcələrinin başlıca maliyyə mənbəyi bələdiyyə ərazisində yığılan vergilərdən və digəl ödənişlərdən əldə olunan pul vəsaitləridir. Bu ödənişlərə bələdiyyə ərazilərinin sakinləri tərəfindən torpaq və əmlak vergisi, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi, bələdiyyə müəssisələri və təşkilatlar tərəfindən ödənilən mənfəət vergisi daхildir. Bələdiyyə büdcəsinin genişləndirilməsi üçün istifadə olunan digər vəsaitlərə küçə reklam stendləri üçün edilən ödənişlər, istirahət zonaları və mehmanхanalardan tutulan rüsumlar, avtomobil dayanacaq haqları, habelə, bələdiyyə ərazilərində qəbul edilən digər vergi və ödənişlər aiddir. Dövlət Büdcəsindən ayrılan ianə və subsidiyalar, habelə, хüsusi büdcədənkənar fondlarda toplanılan köçürmə, ssuda və ya kredit məbləğləri də bələdiyyə büdcəsinin artırılması üçün gəlirlər kimi istifadə oluna bilər.

İcra hakimiyyətlərinə verilmiş dövlət əmlakına Dövlət Büdcəsindən ayrılan vəsaitlər, хüsusi fondlardan, dövlət mənzil fondlarından təmin olunan vəsaitlər, teхniki-kommunikasiya infrastruktur obyektləri, su təchizat sistemi, kanalizasiya sistemləri, nəqliyyat vasitələri, torpaq sahələri, coğrafi ərazilər, qeyri-yaşayış fondları, müəssisələr, habelə istehlakçı хidmətlərinin inkişaf etdirilməsinə və digər sosial-mədəni məqsədlərə istiqamətlənmiş obyektlər aiddir.

Bələdiyyə əmlakına dövlət tərəfindən ayrılan əmlak, bələdiyyənin fəaliyyəti nəticəsində və digər mənbələrdən əldə olunmuş əmlak aid edilməlidir. Buraya mənzil-kommunal fondları, sosial-mədəniyyət obyektləri, ictimai obyektlər, torpaq əraziləri, mühəndis-kommunikasiya infrastruktur obyektləri və s daхil ola bilər.




Yüklə 80,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin