Müasir şəraitdə idarəetmə orqanları arasındakı münasibətlərin tənzimlənməsi istiqamətləri”


YERLİ ÖZÜNÜİDARƏETMƏ MÜNASİBƏTLƏRİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNİN İSTİQAMƏTLƏRİ



Yüklə 80,23 Kb.
səhifə9/10
tarix10.01.2022
ölçüsü80,23 Kb.
#108743
1   2   3   4   5   6   7   8   9   10
2.3 YERLİ ÖZÜNÜİDARƏETMƏ MÜNASİBƏTLƏRİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNİN İSTİQAMƏTLƏRİ
Bu gün ölkəmizdə bələdiyyələrin yaranmasından 16 il keçir. Bu müddət ərzində bu sahədə qanunvericilikdə müəyyən əlavələr və dəyişikliklər edilmişdir.

Bələdiyyələrin yarandıığı vaxtdan bu günədək həyatında bir sıra yeniliklər olmuş, qanunvericilik bazası təkmilləşdirilmiş, bələdiyyələrin cəmiyyətdə nüfuzunun artırılması, yerlərdə mövcud poblemlərin araşdırılaraq həlli istiqamətində mühüm işlər görülmüşdür.

Qanunvericilikdə aparılan dəyişikliklərə uyğun olaraq, 2015-cil ilin yanvar ayının 1-dən fiziki şəxslərin əmlak və torpaq vegiləri yeni qaydalarla hesablanmışdır. Əvvəllər əmlak vergisi invertar dəyərlə hesablanırdı. Hesablanmış məbləğdən 5000 manat güzəşt olunduqdan sonra qalan məbləğin 0,1%-i əmlak vergisi kimi tutulurdu. Bu məbləğ il ərzində bir yaxud, əhalinin vəziyyərinə uyğun olaraq iki dəfəyə ödənilə bilərdi. Lakin, invertar qaydada əmlak vergisinin hesablanması əhali arasında narazılıqlara səbəb olurdu. Çünki bu qaydada hesablama heç də dəqiqliklə yoxlanıla bilməzdi. Məhz buna görədə 01.01.2015 tarixdən etibarən qanunvericilikdə edilən dəyişikliyə əsasən əmlak vergisi sahəyə görə hesablanmağa başladı. Fərdi evlərin 30 kvadrat metri güzəşt olunmaqla ayrı-ayrı zonalar üzrə qiymət tətbiq olunur və hesablanır. Məhz akademiyamızın yerləşdiyi Rəsulzadə qəsəbəsinin inzibati ərazisində hər kvatrat metr otuz səkkiz qəpikdən hesablanır.

Digər orqanlardan fərqli olaraq bələdiyyələrin əmək haqqı fondunun 50%-dən istifadə etmək hüquqları vardır. Bu da onunla əlaqələndirilir ki, bildiyimiz kimi bələdiyyələr büdcələrini özləri formalaşdırılır. Lakin bu zaman bir sıra problemlər yaranır ki, bu problemlərdə maliyyə ehtiyyatlarının aşağı olmasına səbəb olur. Bu zaman bələdiyyə öz işçilərini əmək haqqı ilə təmin etməkdə çətinlik çəkir. Lakin işciləri əmək haqqı ilə təmin olunmaması bir müddət sonra işçələrin işə marağını azalda bilər ki, bu da bələdiyyənin nüfuzuna xələl gətirə bilər.

Əsas məsələlərdən biri də odur ki, 01.01.2015 tarixindən etibarən ödəmələr nəğdsiz şəkildə poçt, rabitə, bank vasitəsi ilə həyata keçirilməyə başladı. Mən isə təklif edərdim ki, bu ödəniş forması online sistem vasitəsi ilə həyata keçirilsə daha məqsədə uyğun olar. Bu zaman bu proses həm qısa müddət ərzində baş verəcək, həm də vətəndaşların evdən uzaqlaşmadan daha rahat ödəniş etmələrinə şərait yaradacaqdır.

Digər bir məsələyə diqqət yetirək. Bildiyimiz kimi bələdiyyə sədri əhali tərəfindən seçilir. Onun savadlı olub olmaması barədə heç bir məhdudiyyət qoyulmur. Hesab edirəm ki, bu bir sıra poblemlərə səbəb olur. Çünki bələdiyyə sədri intelektual səviyyəyə malik olmaqla yanaşı, daha dəqiq və şəffaf olmalı, verdiyi qərarları əsaslandırmağı bacarmalıdır. Onun əhali arasında nüfuzu yüksək olmalı,insanlara təsir etmə yollarını bilməli, ünsiyyət qurmağı bacarmalı və sözü keçərli olmalıdır. Əhali arasında maarifləndimə işləri görməlidir. Ən azı onları ödədikləri verginin heç də boşuna getmədiyini izah etməli və bu verginin onlara digər yollarla geri qaytarıldığını başa salmalıdır.

Bilirik ki, bələdiyyə sədri seçilərkən ona maliyyə vəsaiti ayrılır. O bu vəsaiti səlahiyyətlərinin artırılması üçün istifadə etsə bu zaman maliyyə vəsaiti azalmaz və əksinə yüksək sürətdə arta bilər. Məsələn yaxın zaman öncə cənab prezidentimiz İ. Əliyev “Regionların Sosial – İqtisadi İnkişafı Proqamı” çərçivəsində maliyyə vəsaiti ayırmaqla yolların çəkilməsini bələdiyyələrə həbalə etmişdir. Bu isə bələdiyyələrimiz üçün müsbət haldır. Zənnimcə bu sahədə savadlı kadrların sayı artırılmalı, bələdiyyələrimizi gənc və savadlı kadrlar idarə etməlidirlər ki, əsl arzu olunan bələdiyyə sisteminə sahib olaq.

Bilirik ki, bələdiyyə öz büdcəsini əsasən vergilər hesabina formalaşdırır. Lakin bu vergilərin tutulmasında bir sıra problemlər yaşanır ki, bu da büdcədə kəsrə səbəb olur. Eyni zamanda yerlərdə işsiz əhalidə azlıq təşkil etmir. Bu problemlərin həlli üçün isə təklif edərdim ki, bələdiyyələr daha dayanıqlı maliyyə mənbələri, işsiz əhali isə ən optimal iş əldə etsinlər. Bu deyilənlərin icrası üçün isə bələdiyyələr öz obyektlərini (subyektlərini) qursunlar . Məsələn kiçik restoranlar, spa mərkəzləri, əyləncə obyektləri. Bu həm bələdiyyərlərin maliyyə vəsaitlərinin artmasına əsaslı surətdə təsir edəcək, həm də bu ərazilərdə yaşayan əhali uzaq məsafə qət etmədən öz maraqlarını həyata keçirmiş olacaqlar.

Ötən dövr ərzində bildiyimiz kimi bələdiyyələrin qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində bir sıra qanunlar və normativ aktlar qəbul olunmuşdur. 2014-cü ildə Azərbaycan Respublikasının “Vergi Məcəlləsi”nə və “Yerli (bələdiyyə) vergilər ödənişlər haqqında” qanuna önəmli əlavə və dəyişikliklər edilmişdir. Dəyişikliklərin müsbət tərəfi o oldu ki, bələdiyyələr tərəfindən verginin hesablanmasında mövcud olan çətinliklər aradan qalxdı, amma bələdiyyələrin vergi yığımında üzləşdikləri problemlər problem olaraq qaldı. Bu problemi yaradan 2 səbəb var. Sənədsiz evlər, istifadədə olan sənədsiz torpaqlar və qanunvericilikdə vergi ödəməyənlərə qarşı cəza tədbirlərinin zəif olması. “Vergi Məcəlləsi”ndə vergi ödəyicisinin “ xüsusi mülkiyyətində” olan əmlaka, mülkiyyətində və ya istiadəsində olan torpağa görə vergi dərəcələri müəyyən edilsə də, sənədsiz torpaqlar və həmin torpağın üzərindəki sənədsiz əmlaklara görə vergi ödəmələri haqqında qanunvericilikdə konkret vergi dərəcələri müəyyən edilməmişdir.

Belə ki, bələdiyyələrimizin ərazisində kifayət qədər sənədsiz evlər və hasarlanmış torpaq sahələri vardır. Belə evləri əmlak və torpaq vergisinə cəlb etmək üçün vergi işçiləri çox böyük çətinliklərlə qarşılaşırlar. Onların sahibləri müxtəlif bəhanələr gətirməklə vergi ödəməkdən yayınırlar.

Hesab edirəm ki, bu məsələ mövcud dövrdə aktual məsələdir. Məs.bu dediklərimizi bir sıra bələdiyyələrdəki sənədsiz tikililər və torpaq sahələri üzərində tətbiq etsək,aşağıda gördüyümüz cədvəldəki qədər yerli büdcələrə vəsait daxil olar:

Cədvəl 1.4. Bakı şəhəri üzrə altı bələdiyyə üzrə büdcə daxil olmaları



Bələdiyyələrin adları

Daxil olmalar (AZN)

Binəqədi

140.000

Xocəsən

190.000

Qobustan

100.000

Sumqayıt

150.000

Sabunçu

40.000

Lökbatan

100.000

Mənim bu sahədə 2 təklifim var. Birinci təklifim ondan ibarətdir ki, yerli büdcəyə vergi ödəmələrinin mütəmadi olaraq daxil olması üçün sənədsiz evlərin və sənədsiz istifadədə olan torpaqların vergiyə cəlb edilməsi üçün “Vergi Məcəlləsi”nə dəyişiklik edilsin. İkinci təklifim isə odur ki, bilirik ki, vergilər qanunvericiliklə əhalinin gəlirlərinə uyğun olmalıdır. Belə olduğu təqdirdə əgər bu vergilər ödənilməzsə bələdiyyələr vergini ödəməyənlərə qarşı cərimə tətbiq etməməlidir, çünki sivil dövlətlərdə bu yaxşı hal hesab edilmir. Bələdiyyə sədri əhali arasından seçildiyinə görə belə cərimələr tətbiq etməsi onun nüfuzuna da mənfi təsir göstərə bilər. Lakin müəyyən məsuliyyət nəzərdə tutula bilər. Məsələn: “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən borclu vergi ödəyicisinin ölkədən çıxışına müvəqqəti məhdudiyyət tətbiq edilə və yaxud mülkiyyətində olan hər hansı bir əmlakı üzərinə həbs qoyula bilər.

Qanunvericilikdə dəyişikliklər baş tutarsa bu dəyişikliklər bələdiyyələr tərəfindən vergilərin hesablanmasında və toplanmasında mövcud çətinliklərin aradan qalxmasına əlverişli şərait yaradacaq ki, bu da fiziki şəxslərin əmlak və torpaq vergisindən yayınma ehtimalını azaltmaqla bələdiyyələrin vergi gəlirlərinin əhəmiyyətli dərəcədə artacağı ilə nəticələnəcək.



NƏTİCƏ

İdarəetmə orqanları arasındakı qarşılıqlı münasibətləri öyrənilərkən aşağıdakı nəticələr əldə edilmişdir:

1. Dövlət idarəetməsi dövlətin, ümumilikdə cəmiyyətin, əhalinin sosial cəhətdən müdafiə olunmayan təbəqəsinin maraqlarını gözləməyi əsas məqsəd kimi qarşısına qoyur və şəхsiyyətin hüquq və azadlığını unutmur. Dövlət nəzarət edir ki, iqtisadi azadlıq şəraitində ictimai mənafelər ayrı-ayrı regionların, sahələrin, monopoliyaların, sosial qrupların, sahibkarların, хüsusi şəхslərin cəhdləri və maraqları ilə məhdudlaşdırılmasın. Bazar iqtisadiyyatı ölkələrində dövlətin və onun orqanlarının müəssisələrin və sahibkarların iqtisadi fəaliyyətlərinə qarışmaları çoх azdır, əsasən dolayı хarakter daşıyır. Dövlət iqtisadiyyata qanunvericilik məhdudiyyatı, vergi sistemi, məcburi tədiyyələr və ayırmalar, dövlət investisiyası, subsidiyalar, güzəştlər, kreditləşmələr, dövlət sosial və iqtisadi proqramların həyata keçirilməsi yolu ilə təsir edir.

2. Bələdiyyə idarəetməsi aşağdakı fərqləndirici cəhətlərə malikdir:



  1. O, məskunlaşan əhaliyə yaхındır, onun həyat fəaliyyətinin təmin edilməsinə, yaşayış şəraitinə bələddir;

  2. Bələdiyyə mülkiyyəti şəklində özünün хüsusi idarəetmə obyekti var, onlara idarəetmə, sərəncamvermə, istifadə etmə hüququ verilmişdir və eyni vaхtda onlar bələdiyyə mülkiyyətinə məsuliyyət daşıyırlar;

  3. yerli idarəetmənin əsas funksiyaları seçkili bələdiyyə orqanları, kollektiv özünüidarə orqanları tərəfindən icra edilir, bu da imkan verir ki, bələdiyyə idarəetməsində əhali bilavasitə iştirak edə, öz iradəsini göstərə bilər ki, bunlar demokratik başlanğıcı ifadə edir.

3. Respublikamızda yerli özünüidarəetmə orqanları ilə dövlət idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətində aşağıdakı problemlər vardır:

1. dövlət səviyyəsində yerli özünüidarəetmənin inkişaf konsepsiyasının, cəmiyyət üçün anlaşıqlı olan vahid strateji inkişaf məqsədlərinin olmaması;

2. dövlət hakimiyyət orqanları ilə bələdiyyə arasında dəqiq səlahiyyət bölgüsününü olmaması, o cümlədən yerli özünüidarəetmə orqanlarına ayrı-ayrı dövlət səlahiyyətlərinin verilməsi sahəsində hüquqi baхımdan boşluqların olması;

3. yerli məsələlərin həllində yerli özünüidarəetmə orqanlarının və dövlət hakimiyyət orqanlarının vəzifələri, hüquqları, və məsuliyyətlərinin tam həcmdə balanslaşdırılmaması və bu məsələlərin lazımi şəkildə həll olunmaması;

4. dövlət idarəetməsinin ayrı-ayrı stukturları və vəzifəli şəхsləri tərəfindən yerli özünüidarəetmənin həqiqi хalq hakimiyyəti forması kimi birmənalı qəbul olunmaması və onların dövlət hakimiyyətinin bütün səviyyələrində mülkiyyətə real sahiblik və ona sərəncam verilməsi ilə bağlı müəyyən səlahiyyət həcmini qoruyub saхlamaq cəhdləri;

5. bələdiyyə qurumlarının real maliyyə və iqtisadi müstəqilliyinin kifayət qədər təmin olunmaması, dövlət orqanlarının bələdiyyələrə həvalə olunmuş səlahiyyətlərin reallaşdırılması üçün yerli özünüidarəetmə orqanlarına ödəniş meхanizmlərinin olmaması; Bu problem özündə həm dövlət, həm də bələdiyyə səviyyəsində həll olunan məsələlər kompleksini əks etdirir ki, bunlara da bələdiyyə mülkiyyətinin formalaşdırılması, normal bələdiyyə büdcəsinin tərtibi üçün şəraitin yaradılması, bələdiyyə qurumlarının iqtisadi fəaliyyətini təmin etmək üçün stabil normativ əsasın yaradılması və s. aid etmək olar.

6. dövlət səviyyəsində bələdiyyələrin sosial-iqtisadi və maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin statistik uotunun pis aparılması və onların informasiya təminatı sisteminin çoх zəif olması və s . aid etmək olar.

4. Azərbaycan Respublikasında ərazilər iqtisadi baхımdan qeyri-bərabər inkişaf etmişlər və ölkədə həyata keçirilən iqtisadi islahatlar ərazilərin inkişafı və əhalinin həyat keyfiyyətinin yaхşılaşdırılması ilə kifayət qədər əlaqələndirilməmişdir. Bu gün ərazilər üzrə bələdiyyə qurumlarının maliyyə potensialı, əhalinin məşğulluğu, yoхsulluq səviyyəsi, kiçik sahibkarlığın inkişafı çoх müхtəlifdir. Ölkədə özünü qismən müstəqil şəkildə təmin edə biləcək bələdiyyə yaratmağa imkan verən ərazilər çoх azdır.

yerli özünüidarəetmənin inkişafını ləngidən problemləri aşağıdakı 4 əsas istiqamətə ayırmaq olar:


  1. Dövlət hakimiyyəti orqanları ilə yerli özünüidarəetmə orqanları arasında qarşılıqlı fəaliyyətlə bağlı problemlər;

  2. Vətəndaşların yerli özünüidarəetmə sahəsindəki öz konstitusiya hüquqlarından istifadəsi, yerli özünüidarəetmədə demokratik dəyərlərin formalaşması, möhkəmlənməsi və inkişafına təminatların yaradılması problemləri;

  3. Yerli özünüidarəetmənin bilavasitə konstitusiya ilə müəyyənləşdirilmiş səlahiyyətlərinin reallaşdırılması üçün hüquqi təminat məsələləri;

  4. Yerli özünüidarəetmənin maddi-maliyyə təminatı məsələləri.

Bütün bu problemlər, əlbəttə ki, bir-biri ilə sıх bağlıdır və bu deyilənlərə istinad edərək yerli özünüidarəetmə sahəsinin gələcək fəaliyyətinin aşağıdakı istiqamətlərdə aparılmasını məqsədəuyğun hesab edirik:

  • qanunvericilik bazasının təkmilləşdirilməsi yolu ilə yerli özünüidarəetməyə münasibətin dəyişdirilməsi və onun dövlət quruluşunun əsaslarından biri kimi etiraf olunması, yerli özünüidarəetmə orqanlarının dövlət quruluşu sistemində dayanıqlı mövqelərinin və yerli özünüidarəetmə haqqında konstitusiya zəmanətlərinin təmin olunması;

  • seçki prosesinin daha da demokratikləşdirilməsi və şəffaflaşdırılması yolu ilə yerli özünüidarəetmə orqanlarının əhalinin bilavasitə aktiv iştirakı ilə formalaşdırılması.Əhalinin idarəetmə prolsesinə geniş cəlb olunması bələdiyyə qurumlarında əhalinin ehtiyac və maraqlarına daha yaхın olan və ərazidə mövcud olan problemlərin həlli ilə daha səmərəli məşğul olan idarəetmə sisteminin yaradılmasına imkan verərdi;

  • yerli özünüidarəetmə orqanlarının və dövlət hakimiyyəti orqanlarının səmərəli qarşılıqlı fəaliyyət sisteminin yaradılması;

  • yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələrin nümayəndəli və icra orqanlarının işinin səmərəliliyinin artırılması;

  • dövlətin vətəndaş cəmiyyəti ilə, o cümlədən onun ayrılmaz hissəsi olan bələdiyyələrlə tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi;

  • real maliyyə qeyri-mərkəzləşdirilməsinin həyata keçirilməsi və maliyyə-iqtisadi qanunvericilikdə əsaslı dəyişikliklərin aparılması;

  • yerli özünüidarəetmə orqanları üçün iхtisaslı kadr hazırlığı sisteminin yaradılması və gücləndirilməsi;

bələdiyyə sədrlərinin (başçılarının) birbaşa əhali tərəfindən seçilməsi.

Əsas məsələlərdən biri də odur ki, 01.01.2015 tarixindən etibarən ödəmələr nəğdsiz şəkildə poçt, rabitə, bank vasitəsi ilə həyata keçirilməyə başladı. Mən isə təklif edərdim ki, bu ödəniş forması online sistem vasitəsi ilə həyata keçirilsə daha məqsədə uyğun olar. Bu zaman bu proses həm qısa müddət ərzində baş verəcək, həm də vətəndaşların evdən uzaqlaşmadan daha rahat ödəniş etmələrinə şərait yaradacaqdır.

Bilirik ki, bələdiyyə öz büdcəsini əsasən vergilər hesabina formalaşdırır. Lakin bu vergilərin tutulmasında bir sıra problemlər yaşanır ki, bu da büdcədə kəsrə səbəb olur. Eyni zamanda yerlərdə işsiz əhalidə azlıq təşkil etmir. Bu problemlərin həlli üçün isə təklif edərdim ki, bələdiyyələr daha dayanıqlı maliyyə mənbələri, işsiz əhali isə ən optimal iş əldə etsinlər. Bu deyilənlərin icrası üçün isə bələdiyyələr öz obyektlərini (subyektlərini) qursunlar . Məsələn kiçik restoranlar, spa mərkəzləri, əyləncə obyektləri. Bu həm bələdiyyərlərin maliyyə vəsaitlərinin artmasına əsaslı surətdə təsir edəcək, həm də bu ərazilərdə yaşayan əhali uzaq məsafə qət etmədən öz maraqlarını həyata keçirmiş olacaqlar.

Bələdiyyələrin inkişafı istiqamətində son iki təklifim də ondan ibarətdir ki, Birinci təklifim ondan ibarətdir ki, yerli büdcəyə vergi ödəmələrinin mütəmadi olaraq daxil olması üçün sənədsiz evlərin və sənədsiz istifadədə olan torpaqların vergiyə cəlb edilməsi üçün “Vergi Məcəlləsi”nə dəyişiklik edilsin. İkinci təklifim isə odur ki, vergi ödəməyən şəxslərə “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən borclu vergi ödəyicisinin ölkədən çıxışına müvəqqəti məhdudiyyət tətbiq edilsin və yaxud mülkiyyətində olan hər hansı bir əmlakı üzərinə həbs qoyulsun.




Yüklə 80,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin