Müasir təhsilin əsas məqsədi şagirdin şəxsiyyət və vətəndaş kimi formalaşmasıdır. Təlim prosesində yeni texnologiya və metodların tətbiqi bu məqsədin həyata keçməsində vasitədir. Yeni kurikulum bu istiqamətdə müəllimin fəaliyyət imkanlarını daha da
Müasir təhsilin əsas məqsədi şagirdin şəxsiyyət və vətəndaş kimi formalaşmasıdır. Təlim prosesində yeni texnologiya və metodların tətbiqi bu məqsədin həyata keçməsində vasitədir. Yeni kurikulum bu istiqamətdə müəllimin fəaliyyət imkanlarını daha da artırır.
Müasir ümumtəhsil məktəblərində təlim çoxşaxəli və mürəkkəb prosesdir. Təlimin keyfiyyətinin artırılması məktəb müdiriyyətinin, fənn metodistlərinin qarşısında mühüm vəzifələr qoyur.
Yalnız ən yaxşı sinif və ya ən yaxşı hesab olunan müəllim deyil, özünü nümayış etdirmək istəyən hər bir sinifə və müəllimə “açıq dərs” keçirmək imkanı yaradılmalıdır. Bəzi müəllimlər bu cür dərslərdən özünü kənarda qoyur. Ona görə də belə düşündüm ki, “açıq dərs” keçirilməsini müəllimlər qarşısında vəzifə olaraq qoymaq daha məqsədəuyğun olar.