2.Tədqiqatın aparılması:
Tədqiqat işi cütlərlə aparılır.Hazırladığım işçi vərəqləri paylanır.Şagirdlər
onlara verilmiş tapşırıqları icra edirlər. Nümunələr:
İşçi vərəqi №1
1)Ədədləri ədəd oxu üzərində qeyd edin:√0;√16:-√4;-√25;√18;√53
2)Hər iki ədədi adi kəsrlə yazmaqla müqayisə edin:2,(6) və 17/6
№2
1)İki kəsr arasında yerləşən üç rasional ədəd yazın:4/5 və 5/6
2)A={√2;√3;2;π;-3} və B={2;-3;√5;√0;0,(2)} çoxluqlarının kəsişməsini Venn diaqramında göstərin.
№3
1)Hər iki ədədi onluq kəsrlə yazmaqla müqayisə edin:0,(3) və 2/5
2)A ilə 20-dən böyük olmayan natural ədədlərin kvadrat kökləri,B ilə 60ədədinin bölənləri çoxluğu işarə olunmuşdur.B və A çoxluqlarının fərqini tapın və s.
№4
1)A={√2;√3;2;π;-3} ;B={2;-3;√5;√0;0,(2)} ;C={2/3;1,2;√7;-3;2} çoxluqlarından elə ikisini seçin ki,fərqi irrasional ədədlərdən ibarət olsun; Venn diaqramı qurmaqla həll edin.
2)Ədədləri müqayisə edin:6,43 və 6,(43).
№5
1)Ədədləri ədəd oxunda qeyd etməklə artan sırada düzün:√3;4;-4,5;-√2;0;√23.
2)A={0;-4;√5;π;√7} ;B={√3;-4;2,3; π}və C={√5;0;8,6;-4}çoxluqlarından elə ikisini seçin ki,kəsişməsi tam ədədlərdən ibarət olsun; Venn diaqramında
göstərin.
№6
1)A ilə 20-dən böyük olmayan natural ədədlərin kvadrat kökləri,B ilə 60ədədinin bölənləri çoxluğu işarə olunmuşdur.A vəB çoxluqlarının kəsişməsinin elementlərini yazın.
2)Ədədləri müqayisə edin:0,(54) və 45/88
Dostları ilə paylaş: |