Mübariz süleymanli


Haça (Büt.ş.) – tənəyin qaldırıldığı ağac. Mövrə



Yüklə 3,26 Mb.
səhifə14/91
tarix01.01.2022
ölçüsü3,26 Mb.
#104508
1   ...   10   11   12   13   14   15   16   17   ...   91
Haça (Büt.ş.) – tənəyin qaldırıldığı ağac.

Mövrə (Nəza., D., Yu., Au.) – üzümün kəsilmiş çu­buqları. Mörə şəklində Qubadlı rayonu şivələrində də eyni mənanı verir [20, s.330].

Kəsməx (Au) – quru budama.

Şişəx möv (Büt.ş.) – ilk bəhər gözlənilən üzüm kolu.

Kudara (Au.) – daldırma. Üzüm kolunu artırmaq üçün tənəyin bir qolunu ayırıb yerə basdırmağa deyilir.

Yarma peyvas (Büt.ş.) – calaq növü.

Üsküx peyvas (Büt.ş.) – göz calağı.

Milax (Büt.ş.) – salxımı hündür yerdən asıb qışa sax­lamağa deyilir.

Üzüm növləri



Ağ şanı (Büt.ş.).

Qara şanı (Büt.ş.).

Qızıl üzüm (Büt.ş.).

Hanaqırma (C., P., Buz.) // hənəqırma (Mya., Ca­va., Q., Sova.) payızda yetişən üzüm növüdür. Gilələri iri, göy rəngdə olur, baxanda tumları görsənir. Əsasən milaxda asılaraq qış aylarına, Novruz bayramına sax­lanılır.

Xəlili (Büt.ş.) – tezyetişən dənəsiz ağ süfrə üzü­müdür. Qabığı zərif olduğundan tez əzilir.

Kürdəşi (Büt.ş.) – salxımları sıx giləli olur. Gilə­ləri ətli və şirin olur.

Nəbi üzümü (C.) – iri və uzunsov gilələri olur. Gi­ləsi ətli və xoş tamlıdır. Bu üzüm də təzə halda yeyilir, həm də qurudulur.


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin