|
Meyxoş alma (Büt.ş.) – turşməzə alma.
Payız alması
|
səhifə | 17/91 | tarix | 01.01.2022 | ölçüsü | 3,26 Mb. | | #104508 |
| Meyxoş alma (Büt.ş.) – turşməzə alma.
Payız alması (Büt.ş.) – payızda yetişən alma.
Turş alma (Büt.ş.).
Şirin alma (Büt.ş.).
Ağ alma (Büt.ş.).
Anton alma (Büt.ş.).
Armud növləri
Dağ armıdı (C., P., Buz.) – dağda bitən armud.
Qara armıd (C.) – Göyçay şivələrində qaratulux armıt deyilir [21, s.16].
Sarı armıd (C.) – yayın axırlarında yetişir. Kiçik sarı rəngli meyvə ətli və sulu olur. Xoş ətirə malik olan bu meyvə çox tamlıdır.
Turşu armıdı (C., P., Buz., Güla.) – meşədə bitir, kiçik meyvələri olur. Payızda yığıb duza qoyurlar.
Adamboğan armıd (C.) – yeyilməyən meşə armudu.
Çarxı armıd (C., P., Buz., Güla) // qızıl armıd (Əks.ş.) – iri qırmızı-sarı rəngli armuddur. Ətli, sulu meyvə ətirli və tamlıdır.
Palçıx armıd (C.) – dadsız armud.
Əndirgan armıd (Büt.ş.) – böyük armuddur. Göy rəngli meyvə, xoş iyə və yaxşı tama malikdir.
Uzunboğaz armıd (C., Pbuz., Güla) – Göyçay şivələrində bardaxboğaz armıd [21, s.16] adlanır.
Qoz növləri
Dostları ilə paylaş: |
|
|