|
|
səhifə | 19/91 | tarix | 01.01.2022 | ölçüsü | 3,26 Mb. | | #104508 |
| Ekiz ərix (Cava Q.) – dənəsinin içərisində iki tumu olan ərik.
Abtalıb əriyi (C.) – Abtalıb adlı şəxsin yetişdirdiyi ərik növü. Ağ-çəhrayı böyük ərikdir.
Haxverdi əriyi (Q., Cava., Sova., Mya.) – Haqverdinin yetişdirdiyi ərik. İri, uzunsov meyvədir.
Ağqırmızı ərix (C.) – ağ-qırmızı rəngli yumru ərikdir.
Novrəst ərix (N.) – tez yetişən ərik növüdür.
Tut növləri
Bənəvşə tut (C., P., Buz., Güla.) – ağ-qırmızı tut.
Bedana tut (Büt.ş.) – dənəsiz tut.
Dana tut (Büt.ş.) – dənəli iri tut.
Peyvas tut (Büt.ş.) – tez yetişən tut. Ağ tut, qara tut, cır tut ədəbi dldə müştərək şəkildə işlənir.
Başqa meyvə növləri
Nar – turş nar, meyxoş nar, cır nar, şirin nar, güləşə nar (Büt.ş.).
Heyva (Büt.ş.).
Albuxara (Kəza., D., Au., Yu.) – gavalı. Göstərdiyimiz kənd şivələrində qara albuxara, sarı albuxara növləri də var.
Dostları ilə paylaş: |
|
|