Buğa (Büt.ş.) – üç yaşdan sonra törədici erkək mal.
Öküz // kəl-kal (Büt.ş.) – üç yaşda axtalanmış mal.
Qeyd: bunların bir qismi dialekt xüsusiyyəti (bizav, qısırəmən və s.) daşıyır.
Rəng və başqa əlamətlərinə görə inək növləri
Alma inəx (C.) – tünd qırmızı rəngli.
Bəzəx inəx (C.) – dərisi zolaqlı inək.
Bozov inəx (C.) // boz inəx (Büt.ş.) – boz rəngli inək. pələbıynız (C.) // yapıx bıynız. Buynuzları yanlara əyilən inək. Qazax rayonunun Köçəskər və Muğanlı kəndlərində pələ sözü eyni mənada işlədilir [19, s.232].
Sarı inəx (Büt.ş.) – sarı rəngli.
Şeşbıynız inəx (C.) // Şeşəbıynız inəx (Büt.ş.) – buynuzları düz qalxan inək. Göyçay şivələrində belə inəklərə şişbuynuz deyilir [21, s.20].