Mübariz süleymanli


O cümlədən, Naxçıvan Muxtar Respublikası Ali Məc­lisinin sədri Vasif Talıbovun



Yüklə 3,26 Mb.
səhifə3/91
tarix01.01.2022
ölçüsü3,26 Mb.
#104508
1   2   3   4   5   6   7   8   9   ...   91
O cümlədən, Naxçıvan Muxtar Respublikası Ali Məc­lisinin sədri Vasif Talıbovun 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Naxçıvanşünaslıq Mərkəzinin yaradılması bu bölgədə olan tarixi, etnoqrafik, dil, folklor materiallarının təd­qiqi və təbliği baxımdan tarixi bir hadisə idi. Azər­bay­canın Naxçıvan Muxtar Respublikası böyük bir tarixi keçmişə malikdir. Lakin bu tarix Sovetlər Birliyi döv­rün­də lazımi səviyyədə öyrənilməmiş, bir sıra ciddi el­mi-nəzəri səhvlərə yol verilmişdir. Ümummilli lider Hey­dər Əliyevin Azərbaycanda rəhbərliyi dövründə xal­qı­mızın tarixinin, dilinin, ədəbiyyatının, arxeologiya və etnoqrafiyasının, folklorunun və adət-ənənələrinin, mil­li-mənəvi dəyərlər sisteminin elmi dəlil və konkret fakt­lar əsasında yenidən araşdırılmasına başlanmışdır. Hə­min elmi araşdırmalar sayəsində Naxçıvanın tarixi və abidələri, arxeologiya və etnoqrafiyası, ədəbi mühiti və mədəniyyəti, təbii sərvətləri və biomühiti ciddi tədqi­qat­ların predmetinə çevrilmiş, yeni elmi istiqamətlər müəy­yənləşdirilmiş və nəticələr əldə olunmuşdur. Həyata ke­çirilən tədbirlər nəticəsində muxtar respublika ərazi­sin­də 792 yeni tarixi abidə aşkar edilərək tədqiq olunmuş, ümu­milikdə 1172 tarix və mədəniyyət abidəsi pasportlaş­dı­rı­laraq dövrü və tipoloji mənsubiyyəti müəyyənləşdi­ril­miş, 46 tarixi abidə bərpa olunmuş, tarix və mədəniyyət abidələrinin mühafizəsi təmin edilmişdir.

Bununla yanaşı, uzun müddət öyrənilməsinə qa­da­ğa qoyulmuş Nuh peyğəmbər və onun Naxçıvana bağlılığı yeni­dən elmi tədqiqatların gündəliyinə çıxarılmış, Ordu­bad rayonu ərazisində olan və eradan əvvəl IV minilliyə aid edilən Gəmiqaya abidəsi, buradakı qayaüstü yazılar öyrənilmiş, Naxçıvan şəhəri ərazisində Nuh peyğəm­bə­rin qəbrinin yeri müəyyən­ləşdirilərək qədim mənbələr əsasında bərpa olunmuş, Naxçıvanın ilkin şəhər mədə­niyyətinin öyrənilməsində mühüm amil olan Naxçıvan yaxınlığındakı Duzdağın və ona bitişik ərazilərin tarixi və arxeoloji istiqamətdə öyrənilməsinə başlanmış, əldə olunan nəticələr əsasında Naxçıvanın 5 min illik ilkin şəhər mədəniyyəti elmi dövriyyəyə daxil edilmişdir.

Təşkil olunan elmi ekspedisiyalar, aparılan arxeo­loji tədqiqatlar Naxçıvanşünaslığın digər istiqamət­ləri­nin də öyrənilməsinə ciddi əsas yaratmış, Naxçıvanın tarixi, mədəniyyəti, toponimikası, azərbaycanlıların soy­qı­rımı və depor­tasiyası, maarifçilik hərəkatının və təbii eh­ti­yatların öyrənilməsi ilə bağlı 50-dən artıq sim­po­zium və konfrans keçirilmiş, Naxçıvanşünaslığa aid 700-dən çox monoqrafiya, kitab, elmi məqalə, dərslik və dərs vəsaiti nəşr olunmuş, Naxçıvan Muxtar Respub­lika Kitabxanasında “Naxçıvanşünaslıq” bölməsi təşkil edil­miş, geniş məlumat bazasına malik “Nakhchivan.az” in­ter­net portalı yaradılmışdır.

Azərbaycan alimlərinin diqqətini Naxçıvanın müa­sir elmi yanaşma baxımından öyrənilməsi vacibliyinə cəlb edən ümummilli lider Heydər Əliyev deyir­di: “Naxçıvanın qədim, zəngin tarixi Azərbaycan tarixi­nin çox parlaq səhifələrindəndir. Bizim əsas məqsədimiz Naxçıvanın tarixini hərtərəfli öyrənmək, tədqiq etmək, onları elmi və populyar kitablarda dərc etmək, təbliğat materiallarında istifadə etməkdir”.

Bizə azərbaycançılıq kimi dərin bir fəlsəfi konsep­siyanı bəxş edən, Azərbaycan tarixini, dilini, mədəniy­yətini və mil­li-mənəvi dəyərlərimizi qorumağı dönə-dönə tövsiyə edən ümummilli liderimiz Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisidir.

Xalqımızın yaratdığı qiymətli tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında və cəmiyyətimizin intellektual-mənəvi potensialının artırıl­ma­sında mədəniyyət təsisatlarının ro­lunu dəyərləndirən [84, s.11] İlham Əliyev isə tövsiyə edir ki: “Azərbaycanlıların milli-mənəvi dəyərlərinin, mü­tə­rəqqi ənənələrinin qorunub saxlanması və təbliğ edilməsi, mədəniyyət mərkəzlərinin yaradılması və sə­mərəli fəaliyyəti üçün məqsədyönlü və müntəzəm təd­birlər həyata keçirilməlidir” [84, s.16].

Məhz belə bir mədəniyyət siyasəti nəticəsində müs­təqil Azərbaycan Respublikası bir tərəfdən öz milli-mənəvi və tarixi-mədəni irsini tədqiq və təbliğ etməkdə, digər tərəfdən də beynəlxalq aləmə inteqrasiya olunaraq belə bir mədəni irslə bəşər mədəniyyətinə töhfələr verməkdədir.

Azərbaycan dövləti xalqımızın tarixi və mədəni ən­ənələrinə, dilimizə, dinimizə, milli-mənəvi dəyərlə­ri­mi­zə istinad edərək, yeni tarixi şəraitdə müasir tələblərə uyğun olaraq öz daxili və xarici siyasətini həyata keçirir. Bu gün mədəni irsin qorunub saxlanıl­ması və inkişaf etdi­ril­məsi müstəqil respublikanın mədəniyyət siyasətinin əsas vəzifə­lərindən biridir. Bu vəzifələrin icrası yolunda xal­qımızın əldə etdiyi nailiyyətlər, milli sərvətimiz olan mad­di və mənəvi dəyərlərimizin isti­fadə­sini, bəşəri də­yər­lərin tərkib hissəsi kimi inkişafını və inteqrasiyasını təmin edir. Azərbaycan xalqı azad və suveren dövlət qu­raraq mədəni-iqtisadi islahatlar aparmaqla öz milli-əx­laqi dəyərlərinə, tarixinə qayıdır, demokratik ölkələrin təcrübələrindən istifadə edir.




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin