Qulaxlı keçi (Büt.ş.) – qulağı uzun keçi.
Yoğunəmcəx (Büt.ş.) – məməsi iri keçi.
Kərə keçi (Büt.ş.) – qulaqsız keçi.
Kola (Büt.ş.) – buynuzsuz keçi.
Pələbıynız (C.) – buynuzları yanlara əyilən keçi.
Piləmcəx (Büt.ş.) – asan sağılan.
Sallaxyelin (Büt.ş.) – yelini böyük olan keçi.
Çırtıməmcəx (Büt.ş.) – məməsi kiçik keçi.
Şeşbıynız (C.) // şeşəbıynız (Büt.ş.) – buynuzları düz qalxan keçi.
AT VƏ EŞŞƏYİN NÖV VƏ ƏLAMƏTLƏRİ
a) Yaşa görə at növü
Qulan (C.) // qulun (Büt.ş.) – bir günlükdən bir yaşa qədər.
Qurix (Büt.ş.) – bir yaşda.
Dayça (Büt.ş.) – bir yaşdan iki yaşa qədər erkək at.
Day (Büt.ş.) – iki yaşdan sonra erkək at.
Kələ day (Büt.ş.) – üç yaşlı erkək at.
Dostları ilə paylaş: |