Bağayarpağı (Büt.ş.) – dairəvi formalı bağayarpağından irinli yaraların müalicəsində istifadə olunur.
Bənəvşə (Büt.ş.) – birillik bitkidir. Gövdəsinin üzərində müxtəlif formalı yarpaqları yerləşir. Baharda gözəl çiçəkləri olur. Sərsəm xəstəliyində (miningit xəstəliyi) bənəvşə yer qurdu (soxulcan) ilə qaynadılıb məlhəm hazırlanaraq xəstənin başına çəkilir.
Birəçiçəyi(N., C., Güla.) – elmi adı boymadərəndir. Ağ rəngli çiçəkləri olan bitkidir. Çiçəklərini dəmləyib daxili qanaxmaya qarşı istifadə edirlər.
Qantəpər (Büt.ş.) – hirkan acıyoncası. Çoxillik ot bitkisidir. Açıq çəhrayı çiçəkləri çətir formasında olur. Ondan irinli yaralara qoymaq üçün məlhəm hazırlanır. Tibb sənayesində ondan ürək xəstəlikləri üçün preparatlar hazırlanır.