Qarayun (Büt.ş.) – qara rəngli yun.
Qəzil (Büt.ş.) – keçi tükü. Salyan, Yardımlı, Zəngilan, Cəbrayıl rayonları şivələrində də eyni mənada işlədilir [20, s.126].
Qılan yun (C., P., Buz., Nəza., D., Yu., Au., Güla.) – cod yun.
Qırmızı yun (Büt.ş.) – qırmızı rəngli yun.
Qlox (C., P., Buz., Güla.) // qırın-qırtı (Əks.ş.) – qırxım yerindən yığılan yun.
Yapağı yun (Büt.ş.) – yazda qoyundan qırxılan yun; zərif yun. Yapağ // yapağı [22, s.218] şəklində Quba rayonunda və yapağı formasında Qazax rayonunun Daş Salahlı, Borçalının Sabirkənd [20, s.241] şivələrində eyni mənada işlədilir.
Dostları ilə paylaş: |