Əirməx (Büt.ş.) – ip əyirmək, üşələməx (Büt.ş.). İki yumağı qoşalayıb yenidən əyirmək. Borçalı mahalının Qaçağan kənd şivəsində də eyni mənanı verir [22, s.243].
b) Toxuculuqda istifadə edilən əşya və
alət adları
Darax (Büt.ş.) – yun daranan alət.
Kirkit (Büt.ş.) – dəmirdən hazırlanmış toxuculuq aləti. Bu söz eyni mənada qərb qrupu dialekt və şivələrində işlənir [22, s.222].
Kırtız (Büt.ş.) // xırxov (C.) – ipi hamarlamaq, naziltmək üçün işlədilən alət. Kırtız sözünün ifadə etdiyi mənanı Cəbrayıl rayonunda kirtiş sözü ifadə edir [20, s.263].
Teşi (Büt.ş.) – ip əyirmək üçün ağacdan hazırlanan alət; əl iyi. Qubadlı, Cəbrayıl, Şuşa bölgələrində da eyni mənada işlənir [20, s.376].
Həvə (Büt.ş.) – ilmələri bərkitmək üçün işlədilən alət. Bu söz Tovuz rayonunda həvə şəklində, Qazax rayonunda hüə şəklində, [22, s.247] Bakı, [95, s.198] və Gəncədə həvə şəklində, Gədəbəydə höə şəklində [20, s.429] işlənməkdədir.
Hana (Büt.ş.) – toxuculuq dəzgahı. “Bizdə yer hanası, göy hanası olur” (C.).