|
|
səhifə | 57/91 | tarix | 01.01.2022 | ölçüsü | 3,26 Mb. | | #104508 |
| Göy hanasının hissələri:
Hana ağacı (Büt.ş.) – iki böyük ağacdır və yerə basdırılır.
Ox (Büt.ş.) – hanada iki dənə ox olur (Au.).
Çüy // pahaz (Büt.ş.) – oxları bərkitmək üçün işlədilən taxta mıx.
Kücü ağacı (Büt.ş.) – hananın qabaq tərəfindən eninə uzadılan ağac.
Kücü sümbəsi (Büt.ş.) – kücü ipi sarımtıl çubuq.
Ağız sümbəsi (Büt.ş.) – ağızlıqdakı çubuq.
Dal payası (Büt.ş.) – kücü ağacının arxa tərəfindən hananın eninə uzadılan yoğun ağac.
Qoltux ağaşları (Büt.ş.) – oxu saxlamaq üçün yerdən iki tərəfdən qaldırılan ağaclar.
Yer hanasının hissələri:
Mıx (Büt.ş.) – evin içərisində dörd yerə çalınan mismar.
Paya (Büt.ş.) – əriş-arğacı bərkitmək üçün yoğun ağac.
Qılış (Büt.ş.) – yer hanasında işlədilən taxtadan olan alət.
Çatma (Büt.ş.) – hananı saxlamaq üçün üç ağacdan ibarət olub, baş-başa hananın ortasında çatılır.
Dostları ilə paylaş: |
|
|