|
Çatı (Büt.ş.) – keçi qəzilindən hörülən ip.
Örkən
|
səhifə | 59/91 | tarix | 01.01.2022 | ölçüsü | 3,26 Mb. | | #104508 |
| Çatı (Büt.ş.) – keçi qəzilindən hörülən ip.
Örkən (Büt.ş.) – keçi qəzilindən hörülən yoğun və uzun ip.
Sicim (Büt.ş.) – yundan, qəzildən hazırlanan uzun ip.
Qolbağ (C.) – çobanların qoyunu qollarına bağladıqları yundan hazırlanan nazik ip.
Xurcun (Büt.ş.) – minik heyvanlarının üstünə atılır. İki gözdən ibarətdir. Bu gözlərə yük yığılır.
Həyvə (C.) // heybə (Büt.ş.) – yundan toxunan, bir adamın çiynində daşıdığı çanta.
Çul (Büt.ş.) – yəhərin altına salmaq üçün yundan toxunur.
Toxuculuq məhsullarına salınan gül və ya naxış adları:
Ağız yeləni (Büt.ş.) – ilk başlanğıc.
Mıncıx (Büt.ş.) – gəbənin dörd tərəfi boyunca muncuq kimi düzülən naxış.
Dəvəboynu (C., P., Buz., Güla., Au.) – dəvənin boynunun təsviri.
Buşqu (Büt.ş.) – gəbəyə, karbıt və kilimə salınan bıçqı dişlərinin təsviri.
Dostları ilə paylaş: |
|
|