Qaysava (Büt.ş.) – quru əriyin yağda bişirilmişi. Bu şəkildə Füzuli, Salyan, Sabirabad, Yardımlı, qaysafa // qeysəfə // qeysəvə şəklində Qazax, qeysevə // qəsəvə şəklində Tovuz, qəysəvə şəklində Şəmkir rayonlarında həmin mənada işlədilir [20, s.108].