Qıra (Büt.ş.) – qovun tağında çiçəkdən sonra əmələ gələn bəhər. Qazax, İrəvan və Ordubad şivələrində də eyni mənada işlədilir [20, s.139].
Şirin qıra (Büt.ş.) – yetişməmişdən yeyilən qovun.
Şalax (Büt.ş.) – göy zolaqlı qovun.
Şamama (Büt.ş.).
Uzun qavın (C.).
Sarı qavın (Büt.ş.).
Köy qavın (Büt.ş.).
Şax́taxtı qavını (Əlia., Cava., Q., Sova.) – uzun sarı rəngli qovundur. Ətri və şirinliyinə görə başqa qovunlardan seçilir. Şahtaxtı kəndində yetişdirildiyi üçün bu ad verilmişdir.
Böyükdüz qavını (Əlia., Cava., Q., Sova.) – çox da böyük olmayan sarı rəngli qovundur. Yetişəndə baş hissəsi partlayır. Ətirli və şirin olur.
İmişli yemişi (Büt.ş.) – sarı rəngli kiçik, girdə yemişdir.
Qarpız: qara qarpız: ala qarpız // mal qarpızı, xunu qarpız (uzunsov qarpız). Xunu qarpıza Göyçay rayonu şivələrində xonı qarpız [96, s.18] deyilir.