Maş (Büt.ş.) – lobya, Ordubad Cəbrayıl, Qazax, Şahbuz, Salyan rayonlarında maş, Qubada moç [20, s.137] adlanır.
Attı maş (Büt.ş.) – kolu ağaca sarmaşan lobya. Göyçay şivələri leksikasında da eyni mənanı verir [21, s.18].
Çolax maş (Büt.ş.) – kolu alçaq, dik duran lobya növüdür. Yumşaq, ətirli paxlaları olur.
Məkə (Büt.ş.) – qarğıdalı, Ordubad, Şərur, Culfa şivələrində də belə işlədilir. Lənkəran rayonu leksikasında bu mənanı “məkə – boğda” sözü verir [20].
Qaragöz rehan (Büt.ş.) – reyhanın bir növü. Yarpaqları tünd qəhvəyi rəngə çalan reyhan.
Alagöz reyhan (Büt.ş.) – yarpaqlarının üstündə yaşıl, qəhvəyi rəngə çalan zolağı olur.