Şırım (Büt.ş.) – səpin zamanı sahədə yaranan cizgilərə deyilir.
Kərdi (Büt.ş.) – kiçik sahələrə ayırılmış əkin yeri.
Ləx (C.) – çəltik əkilən yer.
Sərəci (Büt.ş.) – lək və yaxud kərdilərin kənarına toplanan torpaq.
Xərə (C., P., Buz.) – sahə şumlanan zaman arada qalan əkilməmiş yer. Xərə şəklində Şahbuz rayonunda, xərəx formasında isə Qazax [20, s.409] rayonunda işlədilir.