Kələmpiri (C.) – payızda yetişən iri giləli üzüm növüdür. Göy gilələri çətin əzilən və dadsızdır. Cəhridə bu üzüm həmçinin dadsız üzüm də adlandırılır.
Əskəri(Büt.ş.) – avqust ayında yetişir. Sarı zərif və dənəsiz gilələri ətli və olduqca tamlıdır.
Pişiyi (Büt.ş.) – salxımları sıx kiçik giləli olur. Sentyabrın axırında yetişən pişiyi üzümü həm yeyilir, həm də şərab istehsalında istifadə olunur.
Göaldərə (Büt.ş.) – göy aldərə. İri salxımları olur. Böyük göy gilələri uzunsovdur. Qabığı qalın olduğundan süfrəyə verilmir. Əsasən şərabçılıq üçün becərilir.
Ağaldərə (Büt.ş.) – quruluşca göy aldərə növünə oxşayır, ancaq gilələri ağa çalır.
Südağ (C., Nəza., D., Yu., Au.) – gilələri süd rəngindədir.