Qara çor (Büt.ş.) – yarpağın üstü qəhvəyi-qonur, altı isə ağ ləkələrlə örtülür. Xəstəliyə qarşı göydaş məhlulu ilə sönmüş əhəng məhlulu qarışdırılıb çilənir.
Qırmızı çor (Büt.ş.) – yarpaqlar qızarıb quruyur, sonra isə tənək zoğları qurumağa başlayır.
Gücü (Büt.ş.) – sarı sarmaşıq. Sarı-çəhrayı rəngli yarpaqsız bitkidir. Gövdəyə və yaşıl zoğlara sarmaşır və zoğun şirəsini sorur. Zədələnmiş tənəklər zəifləyir, zoğları pis inkişaf edir.