Mübariz süleymanli


Balax (Büt.ş.) – bir günlükdən bir yaşa qədər. Kəlçə



Yüklə 3,26 Mb.
səhifə23/91
tarix01.01.2022
ölçüsü3,26 Mb.
#104508
1   ...   19   20   21   22   23   24   25   26   ...   91
    Bu səhifədəki naviqasiya:
  • Bulama
Balax (Büt.ş.) – bir günlükdən bir yaşa qədər.

Kəlçə (Büt.ş.) – iki yaşa keçmiş erkək bala.

Avara (Büt.ş.) – üç yaşa keçmiş dişilər belə adlanır.

Göyçay şivələrində avara bir yaşlı camış balasına deyilir [21, s.20]. Şəki dialektində isə avara sözü eyni mənada işlədilir [50, s.195].

Kəl (Büt.ş.) – üç yaşdan yuxarı erkək camış.

Camış (Büt.ş.) – üç yaş və yuxarı dişi camış.

MAL-QARADAN ALINAN MƏHSULLAR

Bunlara aid söz və terminlər



Ağuz (Büt.ş.) – təzə doğmuş heyvandan sağılan süd. Qərb qrupu dialekt və şivələrinin əksəriyyətində ağız şəklində, Qazax rayonunun Köçəskər kənd şivə­sin­də isə ağızdıx formasında eyni mənada işlədilir [22, s.196].

Kələkey (Büt.ş.) – təzə doğmuş heyvandan birinci, ikinci gün sağılan südün (ağuzun) bişirilməsindən alınan ağartı. Ordubad dialektində kələkey. Kəlbəcər və Şah­buz­da kələkə şəklində eyni mənanı verir [20, s.255].

Bulama (Büt.ş.) – ağuzun südlə qarışdırılıb bişi­ril­məsindən alınan ağartı.

Qara qatıx (Büt.ş.) – yağ çıxartmaq üçün çalınıb dəridən hazırlanmış eymədə (tuluqda) saxlanılan qatıq.

Qurut (Büt.ş.) – süzülüb qurudulmuş ayran. Qərb qru­pu dialekt və şivələrində qurut sözü eyni mənada işlənir [20, s.209].


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin