Xama (Büt.ş.) – emal maşınında süddən ayrılmış yağ; südün üzü. Eyni mənada qərb qrupu dialekt və şivələrində də işlədilir [22, s.244].
Çalası (Büt.ş.) – qatıq mayası. Çalası sözü Tovuz və Gəncə şivələrində də eyni mənanı verir [20, s.433].
Qeyd: rayon şivələrində işlənən mal-qaradan alınan məhsullara aid söz və terminlərin bir qismi ədəbi dillə müştərəkdir. Belə sözlərə aşağıdakılar misal ola bilər: ayran, qatıq, qaymaq, kərə, pənir (pendir), şor.
YAŞA GÖRƏ QOYUN VƏ KEÇİ NÖVLƏRİ
a) Qoyun növləri
Dişi quzu (Büt.ş.) – bir günlükdən altı aylığa qədər olan qoyun balası.