Mübariz süleymanli


Göy qoyun (Büt.ş.) – külrəngli qoyun. Kö



Yüklə 3,26 Mb.
səhifə29/91
tarix01.01.2022
ölçüsü3,26 Mb.
#104508
1   ...   25   26   27   28   29   30   31   32   ...   91
Göy qoyun (Büt.ş.) – külrəngli qoyun.

ala (Büt.ş.) – üstündə xalı olan göy qoyun.

Qeyd: rənginə görə qoyun növlərinə aid olan sözlərin bir qismi dialekt xüsusiyyəti daşıyır. Məsələn, ağsis qoyun, qara saqqar, qırmızı saqqar.

b) Müxtəlif əlamətinə görə qoyun növləri

Bəllə qoyun (Büt.ş.) – qulağı uzun və qulağının üstündə vəz olan qoyun.

Boynu xallı (Büt.ş.) – boynunda başqa rəngli yun olan qoyun. Qıccaqulaq kürə (Büt.ş.). Bu cür qoyunların qulaqları kərə və kürə qoyunların qulaqlarının ortağıdır.

Kərə qoyun (Büt.ş.) – qulaqsız qoyun.

Kürə qoyun (Büt.ş.) – yarım qulaq qoyun.

Kəlin qoyun (Büt.ş.) – buynuzlu qoyun.

Mırçamlı qoyun (C., P., Buz., Güla.) // qotazlı // mıncıxlı qoyun (Büt.ş.) – boğazının altında iki vəz olan qoyun. Qərb qrupu dialekt və şivələrində mürcüm, qotaz eyni mənada işlədilir [22, s.230].

Uzunqulaq kürə (Büt.ş.) – belə qoyunların qulaq­la­rı kürə qoyunun qulaqlarından bir qədər uzun olur.

Almaz qoyun (Büt.ş.) – balasını əmməyə qoyma­yan qoyun. Eyni mənada Bərdə rayonu şivələrində də işlədilir [20, s.34].

Qol qoyunu (Büt.ş.) – çobanlar yatanda qollarına bağladıqları qoyun. Sürü tərpənəndə, yaxud sürüyə ca­na­var, oğru girəndə çobanı dartıb ayıltmaq üçün qola bağ­lanan qoyun.


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin