Mırçalıx (C., P., Buz., Güla.) // morçalıx (Əks.ş.) – dağda qarın altından ilk dəfə çıxan yeyilən ot.
Pərpərə (Büt.ş.) – bişirildikdən sonra qatıqla qarışdırılıb yeyilən ot.
Pıtrax (Büt.ş.) – kola bənzər bitkinin qoza şəkilli tikanlı meyvəcikləri olur.
Saqqaryonca (Büt.ş.) – boz yonca.
Sarıtikan (Büt.ş.) – kol şəkilli bitkidir. Budaqları və yarpaqları sarıya çalardır. Sarı rəngli çiçəkləri sovuşduqdan sonra tikanlı kürə şəkilli toxumlar əmələ gəlir.
Sarmaşıx (Büt.ş.) – sarmaşan otdur. Göyçay keçid şivələrində süddi sarmaşıx adlanır [96, s.15].